Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, artıq qitə miqyaslı yarışlarda çıxışını dayandıran “Xəzər Lənkəran”la “İnter”in Avropa səyahəti uğursuz alındığından, indi bütün ümidlərimizi “Qarabağ”la “Bakı”ya bağlamışıq. Hansı ki, elə ötən il də məhz bu iki klub bizə daha çox qələbə sevinci və həyəcan yaşa bilmişdi.
Avropa Liqasının təsnifat mərhələsi çərçivəsindəki ilk cəhdində Makedoniya “Metallurq”unu iki oyunun nəticəsinə görə üstələyib (4:1, 1:1) ikinci mərhələyə yüksələn Ağdam klubu bu dəfə eyni aqibəti Şimali İrlandiya təmsilçisi “Portadaun”a yaşatmalıdır. Yarışa ikinci təsnifat mərhələsindən qoşulan “Bakı” da Çernoqoriya “Buduçnost”u ilə dueldə eyni uğuru təkrarlamağa borcludur. Hər iki təmsilçimizin oyunu eyni gündə olsa da, matçların başlama saatında müəyyən fərq var. Məsələ burasındadır ki, “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Bakı vaxtıyla saat 21:00-da start götürəcəksə, “Bakı”nın “Buduçnost”la mücadiləsi gecə saat 00:00-da başlayacaq.
Şimali İrlandiyada keçirilən ilk oyunda meydan sahiblərini məğlub etməklə böyük üstünlük əldə edən “Qarabağ” bu gün keçiriləcək cavab qarşılaşmasında da eyni uğuru təkrarlamaqla, cari mövsümdə 3-cü qələbəsini rəsmiləşdirə bilər. Hansı ki, bu, reytinq baxımından da çox vacibdir. Baxmayaraq ki, ötən ilki uğuru təkrarlamaq üçün şimali irlandiyalılarla oyunda istənilən hesablı heç-heçə və minimal hesablı məğlubiyyət də yetərli olacaq. Ancaq fürsət var ikən niyə reytinqimizi artırmayaq? Əksəriyyət mərhələni iki qələbə sayəsində adlamağı düşünsə də, Qurban Qurbanovun Polşa “Visla”sı ilə nəvbəti mərhələ oyunu üçün bəzi oyunçulara istirahət verməsinin vacibliyini irəli sürənlər də var. Bu oyun ərəfəsində “Metallurq”la Bakıdakı matçda zədələnən Ansi Aqolli ilə qırmızı vərəqə alaaraq iki oyunu buraxan Admir Telinin sıraya dönüşü komandamızın düşərgəsindəki əhval-ruhiyyəni bir qədər də yaxşılaşdırıb. Yeganə itki yüngül zədəsi olduğu üçün fərdi məşqlərlə kifayətlənən Ayxan Abbasovdur. “Portadaun” isə ilk oyunda komandamızın qapısına qol vuran Riçard Leskinin, həmçinin daha bir neçə oyunçusunun xidmətindən məhrumdur və bu “Qarabağ”ın lehinə işləyə bilər.
“Bakı” isə Vinfrid Şefer kimi mütəxəssisin rəhbərliyi altında, bir neçə yeni transferlərinin sərgilədiyi oyunla hətta Avroliqanın qrup mərhələsində də çıxış etmək potensialına malik olduğunu isbatladı. Lakin onların bu potensialdan nə dərəcədə faydalana biləcəyi sual altındadır. Hansı ki, ötən il də ilk oyunlarda rüzgar kimi əsən “zolaqlılar” sonradan tam fərqli oyun göstərməyə başladılar. Ancaq bu il həmin səhvlər təkrarlanmamalıdır. Bu yolda ilk növbədə “Buduçnost”u mübarizədən kənarlaşdırmağa borclu olan bakılıların rəsmiləri böyük hesablı qələbədən dəm vururlar. Lakin hər halda minimal hesablı qələbə də bizim üçün yetərlidir və komandamızın gücünü qoruması da vacib şərtlərdəndir. Heyətində ciddi itki olmayan “Bakı”nı hətta heç-heçə də qane edəcək.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq