“Bilirik ki, bütün azarkeşlərimiz avrokubok oyunlarında bizdən qələbə, uğur gözləyirlər. Bizim də əsas vəzifəmiz yaxşı oyun sərgiləyib, onların ümidlərini doğrultmaqdır. Səfərdə 2:1 hesabıyla qalib gəlsək də, cavab oyununa da ciddi hazırlaşmışıq. Düşünürəm ki, sabahkı oyunun sonunda ümumi mübarizədən qalib kimi məhz biz ayrılacağıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov söyləyib.
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk oyunda 2:1 hesabı ilə qaıib gəldikləri Şimali İrlandiya “Portadaun”u ilə cavab oyunu ərəfəsində bu gün keçirilən mətbuat konfransında ağdamlıların gənc çalışdırıcısı ehtiyatlı oyuna üstünlük verəcəklərini bildirib: “Bizə ilk növbədə iki oyunun nəticəsinə görə qalib olmaq lazımdır. Amma ordakı kimi, burda da qalib adını qazanmaqla növbəti mərhələyə adlasaq, daha yaxşı olardı. Hər halda ehtiyatlı oynayacağıq. İlk növbədə müdafiəyə diqqət yetirib, qol buraxmamağa çalışacağıq. Eyni zamanda qol vurmağı da yaddan çıxartmayacağıq. İstənilən halda baxımlı futbol sərgiləmək istəyirik”.
İlk oyundakı qələbədən sonra oyunçularında muəyyən arxayınçılığın olmasından narahatlığını vurğulayan Qurbanov hansısa oyunçuya istirahət vermək haqda düşünmədiyini dilə gətirib: “Mətbuatda da, oyunçularımızla söhbətdə də hiss edirəm ki, komandamda müəyyən bir arxayınlaşma var. Bu, məni çox narahat edir. Bu üzdən hansısa oyunçuya istirahət verməkdən söhbət belə gedə bilməz. Əksinə son oyunlarda heyətdən kənarda qalan Admir Teli ilə Ansi Aqolliyə bu oyunda şans vermək istəyirəm”.
Rəqib komandanın aparıcı oyunçusu Riçard Leskinin Bakıya gələ bilməməsinə də münasibət bildirən Qurbanov onun yoxluğunu böyük üstünlük hesab etmir: “Bilirik ki, 3 oyuna 3 qol vurub. İlk oyunda bizim qapımıza da yol tapdı. Adi bir epizodda gözdən qoyduq və qol vurdu. İndi hələ Leskinin gətirilib, gətirilmədiyini dəqiq bilmirik. Amma istənilən halda onun yoxluğu bizim lehimizə də işləyə bilər, əleyhimizə də. Onun yerinə baş məşqçi elə cavan oyunçunu buraxar ki, daha istəkli olar. Hər halda biz çalışıb öz səhvlərimizi maksimum dərəcədə azaltmalıyıq. Belə məqamlara ümid bəsləməyimiz düzgün çıxmaz”.
Polşa “Visla”sı haqda danışmağın hələ tez olduğunu deyən Qurbanov hazırda ancaq “Portadaun”la cavab oyununu düşündüklərini ifadə etdi: “Biz hələ sabahkı oyunu düşünürük. İnşallah sabah növbəti mərhələyə vəsiqə qazansaq, ondan sonra Polşa klubu haqda da düşünərik. Onların nümayəndəsi gəldiyi üçün bizim kartlarımızı gizləmək fikrinə düşməyimizdən söhbət gedə bilməz. Meydanda tam gücümüzü qoyacağıq”.
Sonda Andreys Rubinsin keçidinə də münasibət bildirən mütəxəssis üçüncü təsnifat mərhələsinə yüksələcəkləri halda, onun xidmətindən yararlanacaqlarını bildirib.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq