UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki təmsilçimiz “İnter” klubu bu gün Polşada “Lex”lə cavab oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, bu komandalar arasında Bakıda keçirilən ilk oyun Poznan təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatmışdı - 0:1. Təkrar oyunun əsas vaxtında "İnter" eyni hesablı qələbə qazandığında qalibi aşkar etmək üçün əlavə vaxt, daha sonra isə penaltilər seriyası təyin edilib.
"İnter" yalnız penaltələr seriyasında rəqibinə uduzaraq avrokuboklarda mübarizəni vaxtından əvvəl dayandırıb.
Qeyd edək ki, penaltilər seriyası gərginliyi ilə yadda qalıb. Yalniz son zərbələr zamanı - hesab 9:8 rəqibin xeyrinə olarkən qapıçımız Lomayanın zərbəsi dəqiq olmayıb.
21 iyul
Çempionlar Liqası (ikinci təsnifat mərhələsi, cavab oyunu)
23:00. “Lex” (Polşa) – “İnter” (Azərbaycan) - 0:1 (Penaltilər seriyasında - 9:8)
Poznan. “Meyski” stadionu.
Baş hakim: Milorad Majiç (Serbiya)
İlk oyun: 1:0
«İnter»: Georgi Lomaya, Danildo Assioli, Nizami Hacıyev (Dmitri Kruqlov, 46), Aleksandr Çertoqanov, Bronislav Çervenka, Petar Zlatinov, Vladimir Levin (k), İlya Kandelaki, David Odikadze, Robertas Poşkus (Girts Karlsons, 81), Kaxa Mjavanadze (Arif Daşdəmirov, 71)
Birinci hissə
15. Oyun bötüvlükdə meydan sahiblərinin üstünlüyü şəraitində keçir. Bu dəqiqəyədək Lomaya düz iki dəfə "İnter"i real qoldan xilas edib.
20. "İnter" ara-sıra hücumları effektsizdir.
İlk oyundan fərqli olaraq, "İnter"in əsas heyətində bu dəfə heç olmasa bir azərbaycanlı futbolçu yer alıb. Bakıdakı matçı yüksək səviyyədə keçirən Nizami Hacıyev ilk "11-likdə"dir. Yeri gəlmişkən, Nizami bu dəfə də fəallığı ilə seçilir.
28. Meydan sahibləri hücumları davam etdirir. Krivets cərimə zərbəsi yerinə yetirir. Hər şey "İnter" üçün yaxşı qurtarır.
29. "İnter" hesabı açmaq imkanı əldə edir. Amma Robertas Poşkus qapıçıyla təkbətək epizoddan istifadə edə bilmir.
30. Oyunda ilk fərqlənən "İnter" olur. Amma sarı vərəqəyə görə. Qyda pozuntusuna görə Çervanka cəzalandırılır.
Oyunun gedişatını 14 minədək azarkeş izləyir.
35. Vixnyarekin qüvvətli zərbəsi... "İnter" qoldan qapı tiri xilas edir.
45. Birinci hissənin son dəqiqələri. Hesab hələ açılmayıb.
Fasilə
İkinci hissə
46. Meydan sahibləri ikinci hissəyə hücumlarla başlasa da, istəklərinə nail ola bilmirlər.
49. Çertaqanovun qüvvətli zərbəsi... Bu zərbədən sonra topun qapıdan başqa hara getdiyini müəyyənləşdirmək çətindir.
53. "İnter"dən Levin de sarı vərəqə alır.
55. Meydan sahibləri dalbadal iki təhlükəli hücum təşkil edirlər. "İnter"in müdafiə xətti etibarlı oynayır.
58. "Lex" təhlükəli hücumlar təşkil edir. Amma hücumları kəsərsizdir. Rəqibin hücumçuları əlverişli vəziyyətdən istifadə edə bilmirlər.
60. Poşkusun cərimə zərbəsindən vurduğu top "Lex"in "canlı səddi"nə dəyir.
61. "İnter"dən Çertaqanov da sarı vərəqə alır.
68. "Lex"in daha bir hücumu nəticəsizdir.
70. Kaxaber Mjavanadzeni Arif Daşdəmirov əvəzləyir.
72. Oyunda son 18 dəqiqə... "İnter"in növbəti mərhələyə adlamaq şansı getdəkcə azalır. Komandamız ən azı iki qol vurmalıdır.
76. "İnter" künc zərbəsini yerinə yetirir. Polşalılar təhlükəni uzaqlaşdırırlar.
78. Poşkusun zərbəsindən sonra top rəqib müdafiəçiyə dəyir. "İnter"li futbolçular penaltı tələb etsə də, hakim qaydanın pozulmadığını bildirir.
81. Poşkus yenə əlverişli imkandan istifaedə edə bilmir.
85. QOLLLLLLLLLLLLLLLLLLLLL. "İNTER" HESABI AÇIR....... - 0:1
81-ci dəqiqədə Poşkusun əvəzinə meydana çıxan Qirlt Karlson "İnter"i hesabda irəli çıxarır.
OYUNDA SON DƏQİQƏLƏR.
89. Oyundan son bir dəqiqə. Bəli, "İnter" sensasiya yaratmağa çox yaxındır.
Əsas vaxta 3 dəqiqə əlavə olunur.
Oyunun əsas vaxtı "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatdı. İlk oyunda eyni hesab "Lex"in xeyrinə başa çatdığıdından az sonra əlavə vaxt təyin olunacaq.
İlk əlavə olinmuş 15 dəqiqə başladı.
94. "Lex"in hücumu. Odikadze təhlükəni zərərsizləşdirir.
97. "Lex" hücumları davat etdirir. Müdafiəçilərimiz etibarlı oynayırlar.
98. Bu dəqiqələrdə "İnter" müdafiəyə çəkilib. Küncdən zərbə.. Hər şey bizim üçün yaxşı qurtarır. Müdafiəçilərimiz diqqətli oynayırlar.
107. "Lex" hücum edir, "İnter" müdafiədə etibarlı oynayır.
104. Birinci əlavə olunmuş vaxtda sobn dəqiqə. "Lex" əvvəlkitək hücumdadır.
Əlavə olunmuş ilk 15 dəqiqə başa çatır.
İkinci 15 dəqiqə
106. "Lex" dərhal hücuma keçir
Bü cütlüyün qalibinin növbəti mərhələdə rəqibinin Praqanın "Sparta" klubu olacağı artıq dəqiqləşib.
107. "Lex" künc zərbəsi yerinə yetirir. Hər şey bizim üçün yaxşı qurtarır.
110. Çox təhlükəli vəziyyət . Lomaya inamlı oynayır.
112. "İnter" hüçum təşkil etməyə hazırlaşır. Lakin rəqib "İnter"i cərimə meydançıasına buraxmır.
114. Rəqibin hücumu təhlükəli olsa da, son hüçumlar zamanı onlar cərimə meydançasına daxil ola bilmirlər.
115. Son 5 dəqiqə. Görəsən, penaltilər seriyası olacaqmı?
117. Qapıçımız Lomaya sarı vərəqə alır.
Son 1 dəqiqə
Komandamızın futbolçularının davranışlarından belə görünür ki, onlar matçın taleyini penaltilər seriyasında həll etmək istəyirlər.
Əlavə vaxta daka 2 dəqiqə əlavə olunur.
Əlavə vaxt da bitdi. Bir azdan penaltilər seriyası başlayır.
İlk zərbəni "Lex" yerəni yetirəcək.
"Lex"lı futbolçunun zərbəsi və qol - 1:0.
"İnter"dən Zlatinovun zərbəsi dəqiq olmur
Lomaya topu tutur
Karlson hesabı bərabərşəşdirir - 1:1
Odikadze - 1:2
Kilb 2:2
Kruqlovun zərbəsi dəqiq olmur.
Qanqarçik - 3:2
Assioli - 3:3
Vilk - 4:3
Levin - 4:4
İnyaç - 5:4
Arif Daşdəmirov - 5:5
Voytkovyak - 6:5
Çertoqanov - 6:6
Arboleda - 7:6
Kandelaki - 7:7
Stiliç - 8:7
Çervenka - 8:8
Kotorovski - 9:8
Lomayanın zərbəsi dəqiq olmur - 9:8
Və "Lex" növbəti mərhələyə vəsiqə qazanır.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq