Xəbər verdiyimiz kimi, iyulun 21-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək «Lex» (Polşa) - «İnter» (Bakı) oyununu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyəcək.
Məlumdur ki, cənab Foqtsun bu matça getməsində məqsəd həm də Azərbaycan millisində oynamağa layiq olan futbolçunu (futbolçuları - millidəki qeyri-azərbaycanlı iki futbolçu olan Levinlə Çertaqanov istisna olmaqla. Dərinə gedəndə bu iki oyunçuya da artıq ehtiyac yoxdu) komandaya seçməkdir. Amma gəlin görək, Berti Foqts «İnter»in matçında hansı azərbaycanlı futbolçunun oyununu izləyəcək? Ümumiyyətlə, həmin komandada belə bir futbolçu varmı? Doğrusu, var! Amma axı, o futbolçulara - əsas heyətdə oynamağa layiq olmalarına rəğmən - ilk «11-lik»də çıxış etmələrinə şans verilmir. Çox uzağa getməyək, elə həmin «Lex»lə Bakıdakı matçda «İnter»in, Azərbaycan çempionu olan bir komandanın qeyri-azərbaycanlı baş məşqçisi, gürcüstanlı Kaxaber Sxadadzenin əsas heyətdə meydana buraxdığı 11 futbolçu arasında az qala bütün millətlərə məxsus nümayəndələr vardı, təkcə AZƏRBAYCANLIlardan başqa! Yalnız ikinci hissədə meydana çıxan və tək öz oyunu ilə «İnter»in ümumilikdə qiyməti ən azı iki-üç milyon dolları keçən əsas heyətinin bütün üzvlərindən daha yaxşı oyun sərgiləyən azərbaycanlı balası Nizami Hacıyevdən başqa…
Nizaminin sabah Polşada əsas heyətə çıxacağı hələ sual altındadır. Amma çıxdı ya çıxmadı, hər halda yenə sual doğur -Foqts Polşaya kimin oyununu və nəyə görə izləməyə gedir? Bir halda ki, söhbət milliyə futbolçu seçməkdən gedirsə, o zaman cənab Foqts təşrif buyurub yenidən Azərbaycana gələ və «Qarabağ»ın oyununu izləyə bilər…
Avroliqadakı digər təmsilçimiz «Bakı»nın adını çəkməməyimizin də səbəbi var. Çünki son vaxtlar bu komandada da «İnter»in siyasətinə oxşar proseslər baş verir. «İnter»də olduğu kimi, «Bakı» klubunun avrokubokdakı son matçında da biz əsas heyətdə meydanda bir azərbaycanlıya belə rast gəlmədik. Amma «İnter»lə «Bakı» arasında yeganə fərq ondadır ki, sonuncu klubun rəhbərliyindən damarında azərbaycanlı qanı axan insanlar var və onlar ölkədə futbolun inkişafı üçün az zəhmət sərf eləmirlər. «İnter»in əcnəbi rəhbərliyi isə ümumiyyətlə heç nə eləmir (Azərbaycan dövlətinə məxsus olan bir böyük bankın ayırdığı pulların hara getməsi, harda xərclənməsi isə artıq bu yazının mövzusu deyil)!
Bu mənada, Berti Foqtsun heyətinin ən azı 95 faizi azərbaycanlı futbolçulardan olan, millidə oynayan və oynamağa qadir olan olan «Qarabağ»ın oyununu izləməsinə nə mane olur? Bu suala ən doğru cavabı cənab Foqtsun özü verə bilər.
Bizim fikrimizcə isə, millinin baş məşqçisi «İnter»in və ya gələcəkdə hətta «Bakı»nın oyununu izləməkdənsə, Ağdam klubunun görüşlərinə birbaşa stadiondan baxması daha uyğun olar. Ən azı ona görə ki, millidə çıxış edən futbolçuların böyük əksəriyyətini məhz «Qarabağ»ın futbolçuları təşkil edir. Bu halda, Berti Foqtsun həmin futbolçuların hazırkı səviyyəsini gözü ilə görməsi doğru olmazdımı? Nəzər alaq ki, cəmi iki ay sonra, sentyabrda millimizi Almaniya ilə Avropa çempionatının mühüm seçmə oyun gözləyir. O zaman ortaya məntiqli bir sual çıxır: hörmətli Foqts, bəlkə «Qarabağ»ın millidə oynayan futbolçuları öz formalarından uzaq düşüblər? Və ya bəlkə «Qarabağ»dan milliyə cəlb edə biləcəyiniz hələ yeni futbolçular var? Bayaqkı suala bir də qayıdırıq, «İnter»in matçında kimin oyununu və nə məqsədlə izləyəcəksiniz? Azərbaycan vətəndaşlığı və Azərbaycan millisində oynamağa layiq olmayan, hələ bizim futbolumuza aldıqları yüz min dollarlar müqabilində bir qəpiklik faydası dəyməyən səviyyəsiz legionerlərinmi?
Ümid edirik ki, AFFA rəhbərliyi də bu qısa yazımızda dostcasına iradımızı nəzərə alıb, hörmətli Berti Foqtsa gələcəkdə də milliyə doğru futbolçu seçimində, bütövlükdə Azərbaycan futbolunun maraqlarına xidmət etmək yolunda və daha vacib matçları izləmək üçün təsir göstərəcək.
ELNUR
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq