Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Şimali İrlandiyada “Portadaun”un qapısına iki qol vuraraq “Qarabağ”a qələbə qazandıran yarımmüdafiəçi Əfran İsmayılovun müsahibəsi
- “Portadaun”la oyunda qol vuracağına inanırdın?
- Oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Qol vuracağımı əvvəlcədən hiss etməmişdim. Ancaq çalışırdım ki, buna nail olum. Kimin qol vurması önəmli deyil. Əsas odur ki, komandamız qələbə qazansın. Şükürlər olsun, arzumuza çatdıq. Bakıda da azarkeşlər qələbə gözləyir. Onlara yenə bu sevinci yaşatmaq istəyirik.
- Necə oldu ki, qol buraxdınız?
- Bizim üçün bu gözlənilməz oldu. “Portadaun” əsasən müdafiədə oynayırdı. Komandamız topa daha çox nəzarət edirdi. Ancaq əks-hücumda rəqib qapımıza yol tapdı. Bundan sonra komandamızda bir qədər ruh düşkünlüyü yarandı. Lakin baş məşqçimizin köməyi sayəsində çətin vəziyyətdən çıxa bildik.
- Azərbaycan futbolunun ən ağrılı yerlərindən biri komandalarımızın hesabda geri düşərkən oyunun nəticəsini öz xeyirlərinə dəyişə bilməməsidir...
- “Qarabağ” əzmkarlığı və döyüşkənliyi ilə seçilir. Uğurlarımızda baş məşqçi Qurban Qurbanovun böyük əməyi var. Şimali İrlandiyada hesabda geri olarkən fasilədə məşqçimiz bizi qələbəyə ruhlandırdı. Bildirdi ki, oyunun sürətini və hücumların kəsərini artırmaq lazımdır. Məhz bu tapşırığa əməl etməklə vətənə uğurla dönməyi bacardıq.
- Qələbəni kimə həsr etdiniz?
- Rəşad Sadiqovun yeni doğulan övladına həsr etdik.
- “Portadaun”la “Metallurq”u müqayisə etsən, daha güclü komanda hansıdır?
- Avrokuboklarda zəif komanda yoxdur. Bir az “Metallurq”u fərləndirərdim. Makedoniya klubu bizimlə oyunda çox sayda qol vəziyyətləri yaratdı. Ancaq təcrübəsizlikdən bunlardan tam yararlana bilmədi. “Portadaun”a isə daha çox qol vəziyyətləri yaratmasına imkan vermədik.
- Qələbəniz Şimali İrlandiyada necə qarşılandı?
- Normal. Oyundan sonra yerli azarkeşlər komandamızı 5-10 dəqiqə ayaqüstə alqışladılar. “Portadaun”un baş məşqçisi də “Qarabağ”ın güclü olduğunu və qələbəyə layiq olduğunu etiraf etdi.
- Cavab oyunundan nə gözləyirsən?
- Yalnız qələbə üçün meydana çıxacağıq və əlimizdən gələni edəcəyik. İnşallah buna da nail olacağıq. Azarkeşləri oyuna dəvət edirəm. Bizə dəstək olmaqla yanaşı, maraqlı qarşılaşmaya şahidlik etsinlər.
- Çoxları “Qarabağ”ı növbəti mərhələdə görür...
- Demək olar ki, məsələni 60 faiz həll etmişik. Ancaq bu üstünlük bizi aldatmamalıdır. Həmişə rəqibi qiymətləndirmək lazımdır.
- Avropa Liqasında üç oyunda üç qol vurmusan. Bombardir olmaq fikrin yoxdur ki?
- Buna nail olsam, çox yaxşı olardı. Ancaq məni ilk növbədə komandamın uğuru düşündürür. Fərqi yoxdur kim qol vurur.
- “Qarabağ”ın növbəti mərhələdə rəqibi böyük ehtimalla “Visla” olacaq. Bu haqda nə düşünürsən?
- Bizi ilk növbədə “Portadaun”la cavab oyunu maraqlandırır. Bu səddi keçdikdən sonra Polşa klubu haqda rahat danışmaq olar.
- Azərbaycan futbolunun “Polşa sindrom”u var. Komandanız bunu qıra bilərmi?
- İstədiyiniz cavabı almadıqca əl çəkmirsiniz (gülür). “Qarabağ” “Visla” ilə qarşılaşsa, inanıram ki, “Polşa sindromu”nu qıra bilərik. Bilirik ki, hamı komandamızdan uğur gözləyir. Bunun üçün səylə çalışırıq.
- “Qarabağ”ın uğurlarının sirri nədədir?
- Bizdə komanda ruhu, əzmkarlıq var. Hamımız bir-birimizlə qardaşıq. Kimsə ehtiyatda qaldıqda bu qərara hörmətlə yanaşır. Bizim üstünlüyümüz bununla bağlıdır. Uğurlarımızda baş məşqçimizin çox zəhməti var. Məhz mənim doğru mövqe seçimimdə onun böyük rolu olub. Əvvəllər mərkəzdə oynasam da, məni sağ cinaha çəkdi və bunun nəticəsində daha yaxşı oynayıram. Qurban müəllimin oyunçu seçimi də güclüdür.
- Hamı sizdən qrup mərhələsinə vəsiqə qazanmağı gözləyir.
- Ən azı ötənilki uğuru təkrarlamalıyıq. Qrup mərhləsinə gəlincə, bu çox çətin olsa da bunun üçün əlimizdən gələni etməyə çalışacağıq. Hələ ki, irəliləyirik.
Mənbə: supersport.az
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq