“Bütün varlığımla “Xəzər Lənkəran”ın uğuru üçün çalışacağam. Təbii ki, Mübariz müəllimin (Palmali şirkətlər qrupunun prezidenti, “Xəzər Lənkəran”ın fəxri prezidenti) böyük məqsdələri var. Məhz onun bu məqsədlərinin həyata keçirilməsində pay sahibi olmaq istəyirəm. İlk növbədə növbəti mövsümdə ölkə çempionu olmalıyıq. Çempion olduqdan sonra inşallah bu komandaya avrokuboklarda da uğurlar qazandırmaq istəyirəm. Bilirəm ki, yeni komandam Avropada hələ qələbə qazana bilməyib. Amma mən burdayamsa, deməli, “Xəzər Lənkəran” Avropada da öz sözünü deməlidir”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednik deyib.
Bu gün futbol ictimaiyyətinə təqdim olunan rumıniyalı mütəxəssis jurnalistlər üçün keçirdiyi ilk mətbuat konfransında “niyə məhz “Xəzər Lənkəran”ı seçdiniz” sualını belə cavablandırıb: “Xəzər Lənkəran”ı ona görə seçdim ki, böyük komandadır. Çox gözəl infrastrukturu var. Hətta deyərdim ki, Rumıniyada da belə möhtəşəm infrastruktura malik klub yoxdur. Bundan əlavə Lənkəranda bəzi rumıniyalı futbolçular da çıxış edib. Təbii ki, təklif gələn kimi, ilk növbədə həmin oyunçularla əlaqə saxladım, məlumatlar toplamağa çalışdım. Sonda topladığım informasiyaya görə bəyəndiyim bu klubun dəvətini müsbət cavablamağı qərara aldım.
Heyətlə bağlı qərarlarını bundan sonra verəcəyini bildirən Rednik hələlik düşərgədəki oyunçuların nəyə qadir olduğunu yoxlayacağını bildirib: “Klubdan hansı oyunçuların ayrılacağı, hansıların qalacağına indidən qərar verə bilmərəm. Çünki oyunçuları məşqlərdə, oyunlarda iş başında görməyim vacibdir. Yalnız ondan sonra seleksiya işlərinə start verəcəyik. “Xəzər Lənkəran”a inandığım üçün gəlmişən və inanıram ki, yeni quracağımız komanda ilə bütün titullara sahib çixacağıq”.
“Xəzər Lənkəran”ın Avropa Liqasında Moldova “Olimpiya”sı ilə oyunlarını izləmədiyini deyən yeni baş məşqçi, bu komandanın növbəti mərhələyə adlaya bilməməsini böyük sensasiya adlandırıb: “Bildiyiniz kimi, “Xəzər Lənkəran” mərhələ adlasaydı, Buxarest “Dinamo”su ilə mübarizə aparacaqdı. Rumıniyada hamı bunu gözləyirdi. Amma lənkəranlıların iki oyunun nəticəsinə görə, çıxışını dayandırması bizdə çox gözlənilməz oldu”.
Rusiya “Alaniya”sından ayrılmasının səbəblərinin çox olduğunu bildirən Rednik sadəcə maliyyə problemlərini vurğulasa da, digər amillərdən danışmaq istəməyib. O, həmçinin lənkəranlı azarkeşlərin çılğınlığını normal qarşıladığını da bəyan edib.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq