"Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı"

"Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı"
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2019 / 00:05 5087
-  A +

“Rəqib komandanı və məşqçi heyətini qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı. Bizim futbolçular isə əksinə, qarşılaşmaya heç cür köklənə bilmədilər".

Qol.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Slovakiya yığmasının baş məşqçisi Adrian Gula Avropa çempionatının seçmə mərhələsində millimizə uduzduqları (1:2) oyundan sonra deyib.

O, məğlubiyyəti belə şərh edib: "Görüşün son dəqiqələri bizim üçün uğursuz alındı. Rəqibin vurduğu ikinci qolda taktiki səhvə yol verdik. Seçmə mərhələdə ilk oyunumuzdur. Bu qarşılaşmanı unutmalı, növbəti görüşlərə köklənməliyik”.

Son xəbərlər
topaz banner