“Neftçi” klubunun bir qrup azarkeşi növbəti dəfə klub rəhbərliyinin istefasını tələb edib.
Qol.az-ın xəbərinə görə, “Neftçimania” azarkeş qrupu komandalarının dünən Premyer Liqanın ikinci turunda “Zirə”yə 0:1 hesablı məğlubiyyətindən narazı qalıblar. Onlar matçın gedişatı zamanı klub prezidenti Kamran Quliyev və baş məşqçi Roberto Bordini istefaya səsləyiblər.
“Neftçi”nin sosial şəbəkədəki ən böyük azarkeş səhifələrindən olan “Neftchi Baku (Fan Page)” səhifəsi də klub prezidentini istefaya çağırıb.
“Biz niyə "Neftçi"nin prezidentinin istefasını istəyirik? Çünki komandanı idarə edə bilmir, baş məşqçinin bacarıqsızlığına göz yumur. Baş məşqçinin yanında gözü kölgəlidir. Ona görə getməlidir. Ya özü, ya da baş məşqçisi” – deyə səhifənin paylaşımında bildirilib.
Xatırladaq ki, “Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsrail “Bney Yehuda”sına uduzaraq (2:2, 1:2) mübarizəni dayandırıb. Komanda Premyer Liqanın ilk iki turunda isə cəmi 1 xal qazanıb (“Sabah” – 1:1, “Zirə” – 0:1).
Ronaldodan daha bir ilk
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər
"İmişli" yeni baş məşqçisini açıqladı
"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu
Daha 2 il "Sumqayıt"da
DÇ-2026 Rayan Şerkini yuxusuz qoydu
"Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
FİFA-ya qarşı 1 milyard dollarlıq iddia
"Qalatasaray"ın futbolçusu Şimali Makedoniya millisini seçdi
Almaniya millisini Klopp çalışdıracaq?
"Mançester Siti" ən bahalı transferini açıqladı
Van Qal istefa verdi
Məşhur futbolçu 41 yaşında karyerasını başa vurdu
Səlahət Ağayevlə bağlı qərar açıqlandı
"İmişli" onun müqaviləsini uzatmadı
"Kəpəz"də daha bir ayrılıq - Rəsmi
Çempionşipin ən yaxşı futbolçusu "Everton"a keçdi
"Bavariya" Ceksonla yolları ayırdı
"Tottenhem"dən 99 milyon avroluq transfer