Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunlarına start verilir. Cari avrokuboklar mövsümünə ölkə kubokunun sahibi kimi vəsiqə qazanaraq bu yarışda iştirak etmək hüququ əldə etmiş “Bakı” bu gün ilk oyununu keçirib. Səfərdə Şimali İrlandiya təmsilçisi “Portadaun”la qarşılaşacaq “Qarabağ”dan fərqli, “zolaqlılar” doğma divarlar arasında Çernoqoriya təmsilçisi “Buduçnost”la münasibətlərinə aydınlıq gətirib.
15 iyul
Avropa Liqası (ikinci təsnifat mərhələsi, ilk oyun)
21:00. “Bakı” (Azərbaycan) – “Buduçnost” (Çernoqoriya) - 2:1
QOLLAR: Beqiray, 37 (0:1). Kaykut, 77 (1:1). Jaba, 90+3 (2:1).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Auqustus Viorel Konstantin (Rumıniya).
“BAKI”: 23. Xalidu Sissoko (k), 4. Vadim Borets, 2. Saşa Kaykut, 6. Dari Nibombe, 8. Ernad Skuliç, 10. Joal Epalle, 20. Fabio Luis Ramim, 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 77. Aleksandr Soliç, 85. Jaba.
Ehtiyat oyunmular: 1. Marko Şarliya, 7. Mahmud Qurbanov, 11. Adnan Bərəkət, 15. Cəmşid Məhərrəmov, 21. Emin Cəfərquliyev, 25. Anqulo Cefferson, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Vinfred Şefer.
“BUDUÇNOST”: 1. Miloş Draqoyeviç, 2. Dorbe Dikanoviç, 6. Draqan Aykoviç, 8. Ardian Dyokaj, 10. Nenad Brkoviç, 17. Slobadan Haziç, 22. Yovan Nikoliç, 24. İvan Vukoviç (k), 25. Fatos Beqiray, 26. Radivoy Qoloboviç, 31. Qoran Adamoviç.
Ehtiyat oyunçular: 27. Yasmin Aqoviç, 9. Stefan Muqoşa, 14. Petar Vukçeviç, 13. Nikola Vukçeviç, 16. Milan Raduloviç, 20. Draqan Boskoviç, 28. Darko Nikaç.
Baş məşqçi: Nikola Rakoyeviç.
* Komandalar meydanda oyunqabağı son məşqlərini edirlər. Stadiona hələlik 7-8 min azarkeş toplaşıb.
* Komandalar artıq meydana çıxırlar
Oyun başladı
2. "Bakı" dərhal hücuma atılıb və erkən qol vurmağa çalışır. Ramimin uzaqdan qapıya zərbəsi rəqib müdafiəçidən dönür
7. Oyunda ilk sarı vərəqə. Yovan Nikoliç əllə oynadığı üçün sarı vərəqə ilə cəzalandı
9. Epallenin qapıya zərbəsi yan keçir
10. Komandamızın təzyiqi getdikcə artır. Fabionun ötürməsindən sonra Boretsin güclü zərbəsini qapıçı çətinliklə kornerə çıxardı.
11. Künc zərbəsindən sonra Şoliçin baş zərbəsi təhlükəli oldu
13. Rəqib komandanın ilk təhlükəli hücumu. Beqiray Sissoko ilə üz-üzə qalsa da, qapıçımız komandamızı qoldan xilas edə bildi
16.Dyokajın qapımıza zərbəsində dəqiqlik çatışmadı
21. Komandamızın rəqib qapısı qarşısında daha bir təhlükəli vəziyyəti bəhrəsiz qaldı
24. Jabanın uzaqdan zərbəsini qapıçı çətinlik çəkmədən tutdu
Komandamız oyuna nəzarət etsə də, rəqib tamamilə müdafiəyə çəkildiyindən təhlükəli hücumlar qurmaq çətindir
29. Karqbonun uzaqdan zərbəsini qapıçı barmaqlarının ucuyla kornerə çıxardı
33. Kaykutun uzaqdan zərbəsi zamanı qapı çatı komandamızın hesabı açmasına mane oldu
37. Beqiray kapitan Vukoviçin ötürməsindən sonra uzaq küncü dəqiq nişan alaraq hesabı açır - 0:1
Bu dəqiqələrdə yağış başlayıb və futbolçular güclü yağış altında mübarizə aparmaq məcburiyyətində qalıblar
Komandamız buraxılan qoldan sonra hücuma atılıb. Belədə çernoqoriyalılar əks-hücumlara əl atmağa başlayıblar
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Soliçin uzaqdan zərbəsi qapıdan yan keçir
Komandamızın iki dəfə ardıcıl hesabı bərabərləşdirmək imkanı olsa da, rəqib oyunçular son anda topu qapı xəttindən çıxardırlar
54. Komandamızın heyətində ilk əvəzləmə. Soliçin əvəzində meydana Anqulo Cefferson çıxır
59. Dyakej Skuliçə qarşı qaydanı pozduğuna görə sarı vərəqə alır
64. Nibombe kobud oynadığına görə sarı vərəqə alır
67. Jabanın təhlükəli zərbəsi qapıdan azca yan keçdi
Güclü yağış hələ də davam edir və bu komandamızın daha baxımlı oyun sərgiləməsinə imkan vermir
68. Sissoko komandamızı real qoldan xilas edir və topu kornerə çıxarmaq məcburiyyətində qalır
70. Anqulonun zərbəsi qapının üstündən keçir
Qonaq komandanın üzvləri yerli-yersiz özünü yerə ataraq, vaxt qazanmağa çalışır
73. Jabanın hesabı bərabərləşdirmək üçün əla imkanı olsa da, qapıçı onun fərqlənməsinə imkan vermədi
74. Qonaqlar da hesab arasındakı fərqi artırmaq imkanını qaçırdı
77. Qooooooolllllllll. Komandamız hesabı bərabərləşdirir. Qolun müəllifi Kaykut - 1:1
Qol vurulan ərəfədə yağış da kəsdi və həm bu, həm də vurulan qol komandamızı daha da ruhlandıra bilər
Rəqib komandanın da heyətində ilk dəyişiklik. Qoloboviçi Draqan Boskoviç əvəzləyir
82. Yovan Nikoliçi Petar Vukçeviç əvəzləyir
84. Aykoviçin cərimə zərbəsi qapının üstündən keçdi
87. Ramimə qarşı qayda pozuntusundan sonra təhlükəli nöqtədən cərimə zərbəsi təyin edilir. Lakin Ramimin özünün vurduğu zərbə müdafiəçiyə dəyib qapıdan yan keçir
89. Kaykut qələbə qolunu da vurmağa yaxın olsa da, baş zərbəsindən azca dəqiqlik çatışmadı
4 dəqiqə əlavə vaxt təyin olunur
90+3. QOOOOOOOOOOOOOOOOOOOOLLLL. Jaba cərimə zərbəsindən vurduğu möhtəşəm qolla komandamızı hesabda önə keçirdi - 2:1.
90+3. Jaba qol sevincini formasını çıxararaq qeyd etdiyi üçün sarı vərəqə alır
Oyun başa çatdı
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq