Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, qitə miqyaslı yarışlarda çıxışını dayandıran “Xəzər Lənkəran”ın, srağagün Çempionlar Liqası çərçivəsindəki ilk oyununda minimal hesablı məğlubiyyətlə üzləşən “İnter”in və nəhayət, ilk mərhələni uğurla adlayan və bu gün ikinci cəhdinə çıxacaq “Qarabağ”la yanaşı sonuncu təmsilçimiz - “Bakı”nın da avrokuboklarda nəyə qadir olmasının şahidi olacağıq.
İlk cəhdində Makedoniya “Metallurq”unu iki oyunun nəticəsinə görə üstələyib (4:1, 1:1) ikinci mərhələyə yüksələn Ağdam klubunu bu dəfə səfərdə Şimali İrlandiya təmsilçisi “Portadaun”la sınaq gözləyir. Yarışlara bu gündən qoşulacaq son ölkə kubokunun sahibi “Bakı” isə ilk oyununu doğma divarlar arasında Çernoqoriya təmsilçisi “Buduçnost”a qarşı keçirəcək. Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində də iki təmsilçimizin (“Qarabağ”la “Xəzər Lənkəran”ın) oyunu eyni gündə, hətta eyni saatda start götürmüşdü. Lakin onda da təmsilçilərimizdən biri səfərdə, biri evdə çıxış edirdi. Bu dəfə də eyni proses təkrarlansa da, oyunların başlama saatında müəyyən fərq var. Məsələ burasındadır ki, “Bakı”nın Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Bakı vaxtıyla saat 21:00-da start götürəcəksə, “Qarabağ”ın “Portadaun”la mücadiləsi gecə saat 23:45-də başlayacaq.
“Xəzər Lənkəran” Avropa səyahətini erkən yekunlaşdırdıqdan, Çempionlar Liqasındakı təmsilçimiz “İnter” isə evdə Polşa “Lex”inə uduzub, demək olar ki, növbəti mərhələ şanslarını heçə endirdiyindən, azarkeşlərimiz bütün ümidini “Qarabağ”la “Bakı”ya bağlayıb. Hansı ki, bu iki klub elə avrokuboklar mövsümündə də bizə daha çox həyəcan və sevinc anları yaşatmağı bacarmışdılar. ÇL-də bir mərhələ keçib, ardından “Qarabağ”la yanaşı çıxışını Avropa Liqasının son təsnifat mərhələsinə kimi davam etdirən “Bakı”nın yenə eyni uğuru təkrarlamaq şansı elə də az deyil. Çünki kubokun qalibi bu ilki avrokuboklar ərəfəsində də almaniyalı Vinfred Şefer kimi mütəxəssisi sükanı arxasına gətirməklə yanaşı, həm də heyətinə bir neçə səviyyəli transfer cəlb edib. Bundan əlavə Almaniyada yaxşı hazırlıq keçmək imkanı olan “zolaqlılar”ın heyətdəki müəyyən dəyişikliklərə görə, uyğunlaşma cəhətdən problemləri olsa da, hər halda bu, “Buduçnost”la oyuna ciddi təsirini göstərməməlidir. Paytaxt təmsilçisi elə də yaxşı tanımadığımız Çernoqoriya təmsilçisinə doğma meydanda qol buraxmadan qalib gələ bilsə, güman ki, səfərə matçında işi daha asan olacaq. Hər halda bu baxımdan ilk oyunun ən azı qolsuz heç-heçə ilə başa çatması da təmsilçimizin xeyrinə sayılan amillərdəndir.
Qitə miqyaslı yarışlardakı ən böyük sevinc mənbəyimiz olan “Qarabağ”ın da “Portadaun” səddini keçəcəyinə böyük inam var. Hansı ki, hətta bukmeker kontorları da ilk oyununu evdə keçirən “Bakı” kimi, səfərdə meydana çıxacaq “Qarabağ”ın Şimali İrlandiyadan qələbə ilə dönəcəyinə şübhə etmir. Lakin çox təəssüf ki, Ağdam təmsilçisinin Britaniyaya səfəri bir sıra problemlərlə müşaiyət olundu. Öncə viza, ardından nəqliyyat problemi ilə üzləşən ağdamlılar yalnız bu gün səhər saatlarında mənzil başına çata biliblər. Bu isə psixoloji gərginliklə yanaşı, yol yorğunluğunun da əleyhimizə işləməsi deməkdir.
Bundan əlavə komandamızın düşərgəsində bəzi ciddi itkilər də var ki, bu da müəyyən narahatlıq doğurmaya bilməz. “Metallurq”la ilk oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən albaniyalı müdafiəçi Admir Telinin ardınca, onun həmyerlisi Ansi Aqolli də zədələnərək sıradan çıxdı və bu dəfə də səfərə aparılmadı. Onlarla yanaşı Rəşad Kərimov da Britaniyaya getməyəcək. Əvəzində Ayxan Abbasov zədə problemini arxada qoyaraq, kollektivə qoşulub. Həmçinin Maksim Medvedyevlə Samir Abasovun da tam güclə komandayla məşqlərə başlaması sevindirməyə bilməz. Gənc Qara Qarayevin “Metallurq”la cavab oyununda Aqollinin yoxluğunu hiss etdirməməsi, bu dəfə də onun start heyətində meydana çıxmasına şərait yarada bilər.
Lakin bütün bu çətinliklərə baxmayaraq, təmsilçimizin səfərdən sərfəli nəticə ilə qayıdacağına ümidimiz böyükdür. Hər halda Qurban Qurbanovun komandası ən azı qollu heç-heçə ilə qayıtmağı bacarsa, evdə irlandiyalıların işini bitirmək vəzifəsinin öhdəsindən gəlmək çətin olmayacaq.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq