“Hədəfimiz sadəcə “Buduçnost”u keçmək yox, qrup mərhələsinə düşməkdir”

“Hədəfimiz sadəcə “Buduçnost”u keçmək yox, qrup mərhələsinə düşməkdir”
ÖLKƏ FUTBOLU 14 İyul 2010 / 20:35 2427
-  A +

“Almaniyada yaxşı hazırlıq keçmişik. İnşallah sabah hamı bunun şahidi olacaq ki, “Bakı” necə hazırlaşıb”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın kapitanı Cəmşid Məhərrəmov deyib.
Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Çernoqoriya “Buduçnost”u ilə qarşılaşacaq “zolaqlılar”ın oyunçusu azarkeşlərimizə qələbə sevinci yaşatmaq istədiklərini deyib: “Çox uduzmuşuq. Adətən milli, klub səviyyəsində əcnəbi komandalarla oyunlar bizim üçün xoş sonluqla başa çatmır. Məsələn çox üzüldüm ki, “Xəzər Lənkəran” mərhələ keçə bilmədi, “İnter” ilk oyunda elə yenilgiylə üzləşdi. Amma bizim hədəfimiz sadəcə “Buduçnost”u keçmək yox, Avropa Liqasının qrup mərhələsinə düşməkdir. Yeni gələn oyunçularımız da bunu sübüt etmək iqtidarındadırlar”.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır