“Öncədən onu deyim ki, “Bakı”da olduğum üçün özümü çox xöşbəxt hiss edirəm. Təxminən 4 həftədir təlim-məşq toplanışına başlamışıq. Yəni müəyyən mənada daha yaxşı hazırlıq üçün vaxtımız bir qədər az oldu. Çünki sabah artıq sabah ilk oyunumuza çıxırıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın almaniyalı baş məşqçisi Vinfred Şefer deyib.
Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya “Buduçnost”u ilə Bakıda ilk oyununa çıxacaq “zolaqlılar”ın yeni çalışdırıcısı Almaniyadakı hazırlıqdan razı qaldığını bildirib: “Ordakı təlim-məşq toplanışı dövründə texniki, taktiki, fiziki cəhətdən problemlərimizi böyük ölçüdə aradan qaldıra bildik. Bir neçə yoxlama oyununda qüvvəmizi sınadıq. Lüksemburq çempionuna qalib gəldik. Hansı ki, bu komanda dünən Bolqarıstan “Liteks”inə səfərdə minimal hesabla uduzdu. Biz isə onları daha böyük hesabla məğlub etmişdik. Lakim müəyyən problemlərimiz də oldu. Məsələn yeni transferlərimizdən olan Nibembe müxtəlif vaxtlarda iki dəfə ölkəsinin millisinə dəvət aldı komandayla birgə normal hazırlıq keçə bilmədi. Həmçinin Cefferson da sənədlərindəki problemlər üzündən ölkə xaricindəki hazırlıq dövründə bizimlə birgə ola bilmədi və yalnız Bakıya qayıtdıqdan sonra “Olimpik-Şüvəlan”la görüşdə iştirak hüququ qazandı. Bundan əlavə komandamız bir oyunçuyla yollarını aydırdı. Stevan Bates ailəsindəki problemlərlə əlaqədar getmək istədiyini bildirdi və biz də ona mane olmaq istəmədik. Elə mənim də fikrimcə belə fantastik klubda qalmaq istəmyən futbolçu dərhal çıxıb getməlidir. Bütövlükdə komanda sabahkı oyuna hazırdır. Avrokubokların oyunları həmişə çətin olur. İstənilən halda başqa ölkənin təmsilçisidir. Sabahkı qarşılaşmada çalışacağıq ki, maksimum dərəcədə qol buraxmadan böyükhesabla qalib gələk. Hamımız artıq oyunun başlamasını gözləyirik”.
“Rəqibi analiz etmişik, onlar haqda müəyyən məlumatlar toplamışıq. Komandamızın nümayəndəsi “Buduçnostun oyunlarını izləyib, bizə məlumat verib. İnternetdən də müəyyən məlumatlar öyrənməyə çalışmışıq. Ancaq düşünürəm ki, biz ilk növbədə öz oyunumuzu oynayıb, qələbə qazanmalıyıq”.
Komandanın sıralarına cəlb olunan yeni transferləri tərifləyən və komandaya böyük fayda verəcəklərinə inandığını vurğulayan Şafer onun öz komandasını tam şəkildə qurması üçün müəyyən vaxta ehtiyacının olduğunu da vurğulayıb: “Ümid edirəm ki, mən qurmaq istədiym komandanı elə sabah meydanda görə biləcəm. Amma istənilən halda komandanı tam formalaşdırmaq, yenilərin tam uyğunlaşması üçün müəyyən vaxt lazımdır”.
Klub prezidenti Hafiz Məmmədovun cütün taleyinin ilk oyunda həll olunması istəyinə münasibət bildirən almaniyalı mütəxəssis bu haqda belə danışıb: “Təbii ki, bizdə prezident kimi cütün taleyini elə sabahkı oyunda həll etməyi çox istəyirik. Amma bu futboldu, indidən dəqiq nəsə demək olmaz. Hər halda “Buduçnost” Çernoqoriya çempionatında 2-ci yeri tutub. Amma istənilən halda biz arzuolunan nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq