"Biz dünən axşamdan çox ciddi problemlə üzləşmişdik. Dövlətimizin dəstəyi olmasaydı və hər şey özümüzə qalsaydı, yəqin ki, Şimali İrlandiyaya gedə bilməyəcəkdik». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ»ın direktoru Əmrah Çəlikəl deyib.
Qeyd edək ki, sabah Avroliqanın ikinci təsnifat mərhələsində «Portadaun»la qarşılaşacaq «Qarabağ» hələ dünən axşam çarter reysilə Şimali İrlandiyaya yola düşməliydi. Lakin Böyük Britaniyanın müvafiq təşkilatları «Qarabağ»ın futbolçularını aparacaq təyyarənin öz hava məkanından keçməsinə icazə vermirdi. Bu səbəbdən komandanın Şimali İrlandiyaya gedəcəyi sual altına düşmüşdü.
Əmrah Çəlikəl bildirib ki, Britaniya tərəfi problemin konkret nəyə görə yarandığı haqda onlara heç nə deməyib.
«Bu problem futbolçularınızın psixoloji durumuna necə təsir edib» sualına cavabında Ə.Çəlikəl söyləyib ki, «Qarabağ»ın oyunçuları yalnız sabahkı matça kökləniblər: «Onlar bu problemi unutmağa və sabahkı qarşılaşmada mümkün olan ən yüksək nəticəni əldə etməyə çalışırlar».
Bununla belə, Əmrah Çəlikəl Şimali İrlandiyaya nəzərdə tutulan vaxtdan çox gec getmələrinin «Qarabağ»ın oyununa mənfi təsir göstərəcəyini istisna etməyib: «Biz bunu «Portadaun»la oyun zamanı görəcəyik».
O, «Qarabağ»ın bu gün Bakı vaxtı ilə saat 19.00-da çarter reysilə Şimali İrlandiyaya yola düşəcəyini söyləyib: «Əvvəlcə təyyarəmiz Çexiyada eniş edib yanacaq dolduracaq, oradan isə Belfasta yola düşəcək. Şimali İrlandiya vaxtı ilə saat 22.00-da, bizim vaxtla isə gecə saat 02.00-da ora çatacağıq. Sabah səhər isə futbolçularımız oyunun keçiriləcəyi stadionda məşqə çıxacacaq».
Əmrah Çəlikəl problemin aradan qaldırılmasında onlara yardım edən şəxslərə təşəkkürünü bildirib: «Bu məsələdə dövlətimiz bizə dəstəyini əsirgəmədi. ARDNŞ-in prezidenti və AFFA rəhbəri Rövnəq Abdullayev, «Azal»ın prezidenti Cahangir Əsgərov, klubumuzun prezidenti Abdulbari Gözəl bu məsələni şəxsən öz nəzarətinə götürdü. AFFA-nın baş katibi Elxan Məmmədov dünən gecədən bu məsələylə məşğul oldu. Eləcə də Azərbaycanın və Böyük Britaniyanın Xarici İşlər nazirlikləri, bizim Londondakı səfirliyimiz problemin aradan qaldırılmasında xeyli əziyyət çəkdilər. Fürsətdən istifadə edib, «Qarabağ»a bu məsələdə yardım göstərən bütün şəxslərə təşəkkürümü bildirirəm».
Əmrah Çəlikəl deyib ki, dövlət rəsmilərinin bu cür dəstəyindən sonra «Qarabağ» «Portadaun»la oyunda uğurlu nəticə qazanmağa borcludur: «Biz sabahkı oyununun məsuliyyətini dərk edirik və görüşə mütləq istədiyimiz uğuru qazanmaq üçün çıxacığıq».
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq