«Xəzər Lənkəran»ın baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri bəlli oldu

«Xəzər Lənkəran»ın baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri bəlli oldu
ÖLKƏ FUTBOLU 14 İyul 2010 / 11:38 3764
-  A +

«Xəzər Lənkəran» klubunun boş qalmış baş məşqçi vəzifəsinə əsas namizədlərdən birinin adı məlum olub. Qol.Az-ın xəbərinə görə, bu, məşhur xorvatiyalı məşqçi Miroslav Blajeviçdir.

Bildirilir ki, Miroslav Blajeviçin «Xəzər Lənkəran»a gətirilməsi ideyası çoxdan irəli sürülüb. Qol.Az-ın müxbiri Blajeviçin hələ bu il mayın 23-də «Bakı» və «Xəzər Lənkəran» klubları arasında keçirilmiş ölkə kubokunun final matçını stadiondan canlı izləməsinin şahidi olub. Ünlü mütəxəssis «Xəzər Lənkəran»ın fəxri prezidenti Mübariz Mənsimovla birgə bu oyunu gəlibmiş.

Qeyd edək ki, Blajeviçin məşqçilik karyerasında ən böyük uğuru 1998-ci ilə təsadüf edir. Məhz onun başçılığı altında Xorvatiya milli komandası dünya çempionatının bürünc medalını qazanıb. Xorvatiya millisiylə yanaşı Blajeviç Bosniya və Hersoqovina yığmasına da rəhbərlik edib. Bundan başqa, o, müxtəlif vaxtlarda İsveçrə, Xoratiya, Yunanıstan, İran, Slovakiya və Çinin aparıcı klublarında çalışıb. 

Yeri gəlmişkən, «Xəzər Lənkəran»ın vitse-prezidenti Tuyqun Nadirov Qol.Az-a əcnəbi mütəxəssislərlə danışıqlar apardığını və bir həftə ərzində komandaya yeni baş məşqçi təyin ediləcəyini bildirib.

 

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır