“Bakı” Avroliqanın oyunlarına hazırlığını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın son məşqini “Baki”nın prezidenti Hafiz Məmmədov da izləyib.
Klubun fəxri prezidenti Anar Məmmədovla birlikdə axşam məşqini diqqətlə seyr edən Hafiz Məmmədov məşqçi heyəti və futbolçularla söhbət zamanı komandaya güvəndiyini söyləyib. Hafiz Məmmədov “Buduçnost” klubuna qarşı oyunda komandasına uğurlar arzulayıb.
Klub prezidenti daha sonra "Bakı"nın Avropa Liqası turnirində iştirakı ilə bağlı fikirlərini bölüşüb:
“Əhval-ruhiyyə əladır. Futbolçuların necə həvəslə məşq etdiyinin şahidi oldum. Bu məni ümidləndirməyə bilməz. Yeganə narahatçılığım yeni futbolçularımızın kollektivə uyğunlaşması ilə bağlıdır. Amma əminəm ki, Vinfred Şeferin başçılıq etdiyi təcrübəli məşqçilər korpusu bu çatışmazlığı aradan qaldıracaq”.
Hafiz Məmmədov oyunun müqəddəratının ilk oyunda həll olumasının mümkünlüyünə də toxunub:
“Elə istəyimiz budur. İstəyirik ki Podqoritsada keçiriləcək cavab oyunu üçün münasib nəticəni burada əldə edək. Məncə, “Bakı” klubunun hazırkı səviyyəsi bu tapşırığın öhdəsindən gəlməyə imkan verir”.
Avroliqanın III mərhələsində daha səviyyəli komandalar var. “Liverpul”, “Yuventus” kimi potensial rəqibləri buna misal göstərmək olar. Amma klub prezidenti təsnifat mərhələsində böyük klublarla qarşılaşmağı arzuolunmaz sayır: “Sözsüz ki, Avropanın adlı-sanlı klubları ilə qarşılaşmaq istərdik. Amma bunun qrup mərhələsində baş tutması əla olardı. Bildiyiniz kimi, bu il “Bakı”nın qarşısında qoyulan minimum vəzifə ötənilki uğuru təkrarlayaraq, Avroliqanın play-off mərhələsinə çıxmaqdır. Amma könlümüzdən ilkə imza ataraq qrup mərhələsinə yüksəlmək kimi maksimum proqram keçir. O zaman azarkeşlərimizə “Liverpul”, “Yuventus” kimi komandalarla qarşılaşmaq sevinci bəxş etmək istəyirik”.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq