“Futbolçularımı təbrik edirəm. Bu gün intizamlı oyun gördük. Bütün həftəni ciddi hazırlaşmışdıq. Tapşırıqları yerinə yetirdikləri üçün oyunçularıma təşəkkür edirəm".
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinın "Dundalk"la cavab görüşündən (3:0) sonra mətbuat konfransında deyib.
- Oyun gərgin keçdi. Rəqib kollektiv şəkildə formalaşmış, xarakterli komanda idi. Bura da iddialı gəlmişdilər, inamlı danışırdılar. Oyunçularımız intizamlı oyunla rəqibin qarşısını aldı və azarkeşlərə qələbə hədiyyə etdilər.
- Meydanda ən yaxşı olan yerli futbolçu Rəşad Sadıqov idi. Ümumiyyətlə, yerlilərin çıxışından razı qaldınız?
- Futbol 2-3 nəfərdən ibarət deyil. Kollektiv şəkildə intizamlı oynadıq. Biri səhv edər, digəri sığortalayar. Rəşadın bu oyununa görə sevinirəm. Hər biri həddən artıq əziyyət çəkdi. Onların əziyyətini itirə bilmərik.
- Oyunboyu üstünlük sizin tərəfinizdə olsa da, ikinci hissədə müəyyən vaxtlarda konsentrasiya sanki itdi. Bu nə ilə bağlıdır?
- 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil. Məğlub olan komanda istər-istəməz sürəti artırır, aktiv olur. Bəzi səhvlər oldu. Bir neçə dəqiqə cərimə meydançamıza yaxın olduq. Məsələn, cərimə zərbələrindən sonra istər-istəməz belə alınır. 90 dəqiqə dayanmadan hücum etmək mümkün deyil.
- Ozobiçin zədəsi nə yerdədir?
- Sabah daha dəqiq bilinəcək. Düşünürəm ki, tam ciddi olmasa da, yüngül zədə də deyil. Çünki zədə diz nahiyəsindən olmuşdu.
- APOEL-in məşqçiləri də oyunu izləyirdilər. Siz necə, onların oyununu izləmisiniz?
- Xeyr. Bu komandalara ümumi diqqət ayırırıq. Çempionatın səviyyəsi üçün bu komandaların oyunlarına baxırıq. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir.
- Oyunun gedişində azarkeşlərə qarşı polisin belə münasibət bəsləməsi nə dərəcədə doğrudur?
- Məncə, onlar mehriban düşməndilər. Əksər oyunlarda belə olub. Aralarında problem yaranıb, sonra azarkeşləri buraxıblar. Həmişə azarkeşlərimizin yanında olmuşuq. Məncə, mehriban düşmən yox, dost olmaq lazımdır.
- “Partizani”, yoxsa bugünkü oyunda daha çox həyəcanlandınız?
- Hər komandanın fərqli oyun üslubu var idi. Amma “Dundalk” bizə qarşı çox ciddi müqavimət göstərdi. “Partizani”nin ancaq müdafiə olunduğunu bilirdik. Ancaq bu komanda həm müdafiə olunur, həm də hücum edirdi.
- APOEL Kiprdə yerləşir və orda Azərbaycana qarşı heç də yaxşı münasibət göstərmirlər. Bunu “Neftçi”nin oyunu zamanı görmüşük. Buna psixoloji cəhətdən komanda hazır olacaqmı?
- Bu, idmandır. Biz ilk növbədə idman prinsiplərinə riayət etməliyik. Bütün diqqətimiz meydanda rəqibə qarşı necə oynamaq və qalib gəlməyin yollarını axtarmaqdır. Sırf idman prinsiplərinə riayət edirik.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Çempionlar Liqasında ilk 1/4 fnalçılar müəyyənləşir
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir