"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 2-ci təsnifat mərhələsinin Tula "Arsenal"ı ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, əvvəlcə sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayan italiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlk oyundan fərqli, bizə daha çətin olacaq. Sabah "Arsenal" dəyişikliklər etməyə, nəticəyə təsir göstərməyə çalışacaq. Rəqib güclü komandadır. Onlar ilk görüşdə də bunu nümayiş etdirdi. Geri çəkilmədilər və güclü olduqlarını göstərdilər. Bu üzdən də bizi çox çətin oyun gözləyir. Diqqətli olmalıyıq, sona qədər konsentrasiyanı itirmək olmaz".
- “Arsenal”ın İngiltərə yox, Rusiya təmsilçisi olduğunu və rəqibin avrokuboklarda debüt etdiyini nəzərə alsaq, “Neftçi”nin şansının daha yüksək olduğunu düşünmək olarmı?
- Bu iki komandanı müqayisə etməzdim. Hər klubun özəllikləri var. Tula “Arsenal”ı da güclü komandadır. Bunu ilk görüşdə göstərdilər. Bura vaxt itirməyə yox, gözəl oyun və uğurlu nəticə üçün gəliblər. İlk matçdan sonra cüzi də olsa üstünlüyümüz var. Sabah doğma azarkeşlərimizin önündə oynayacağıq. İlk dəqiqələrdən vuruşmaq lazımdır ki, istədiyimiz nəticəni əldə edə bilək.
- İlk oyunda rəqibi düzgün təhlil etməyiniz nəticəsində 1:0 hesablı qələbə qazandınız. Rəqib sizin mübarizə əzminizi artıq çözüb. Taktiki baxımdan sabah sizdən sürpriz gözləmək olarmı?
- Düzdür, qələbə qazanmışıq və bu, bizə üstünlük verir. Amma düşünmürəm ki, sabah hansısa tərəfdən sürpriz olsun. Sadəcə, mübarizə aparmaq lazımdır ki, istədiyimiz nəticəni qazana bilək. Meydana ilk matçın nəticəsini düşünərək çıxmaq olmaz. Sabah Tuladakı görüşü unudacağıq.
- İlk oyunda Platellası ehtiyatda saxladınız və rəqib bu sürprizinizə hazır deyildi. Sabah onu start heyətində meydanda görə biləcəyikmi?
- Bu gün daha bir məşqimiz olacaq. Bundan sonra heyəti müəyyənləşdirib, sabahkı qarşılaşmaya hazırlayacağam. Bir məşqçi üçün ən vacib amillərdən biri də bütün oyunçuların əlinin altında olmasıdır. Bizdə də belə olmasına sevinirik.
- Dabo qarşılaşmaya nə dərəcədə hazırdır?
- Dabo sabah oynayacaq. Düzdü, hələ tam hazır deyil, çünki bərpa prosesini keçir. Bunun sürətli formada keçməsinə sevinirəm. İntensiv məşqlər edir. Hər şey yaxşılığa doğru gedir.
- “Arsenal” avrokuboklarda debüt edir. Siz isə müntəzəm bu turnilərə qatılırsınız. Bu amil sizə üstünlük verirmi?
- Təcrübə hər zaman önəmlidir. İstər daxili çempionatda, istərsə də avrokuboklarda. “Arsenal”ın avrokubok təcrübəsi olmasa belə, biz Premyer Liqa klubuna qarşı çıxış edəcəyik. Rəqibin güclü futbolçuları və məşqçisi var.
- Rusiyada mövsüm artıq start götürüb. Sizcə, bu, “Arsenal”ın xeyrinədirmi?
- Üstünlük verə də bilər, verməyə də. Oyun praktikası hər zaman önəmlidir. Fiziki cəhətdən rəqibə üstünlük verir. Onlar üç turdur oynayırlar, fiziki cəhətdən daha hazırlıqlıdırlar. Bizdə ötən oyundan bu günə qədər dincəlmək üçün vaxt olub. Bu da bizə üstünlük verə bilər. Amma rəqib son bir həftə ərzində iki oyun keçirib. Bu, onların baş məşqçisini dəyişikliklər etməyə məcbur edir.
- Rusiyadakı oyundan əvvəl daha inamlı görünürdünüz, səfərə qələbə dalınca getdiyinizi demişdiniz. Ancaq bu gün ehtiyatlı danışırsınız. Rəqibin hansısa sürprizindən ehtiyatlanırsınız?
- Deməmişdim ki, Rusiyada 100 faiz qələbə qazanacağıq. Bildirmişdim ki, qələbə qazanmağa çalışacağıq.
- “Neftçi”də uzaq məsafədən zərbə vurmağa meyilli futbolçu azdır ki, bunlardan biri də Rəhman Hacıyevdir. Sabah Rəhmanı meydanda görə bilərikmi?
- Sizin sözlərinizdən belə çıxır ki, rəqibə yalnız uzaq məsafədən zərbələrlə cavab verməliyik? Bizim məqsədimiz 1:0 hesabını qorumaq deyil. Öz oyunumuzu göstərib, uğurlu nəticə göstərmək istəyirik. Rəqibin sabahkı oyununa əsasən onlara cavab verməyə çalışacağıq. Rəhman komandanın aparıcı oyunçularından biridir. Lazım olanda ondan da yararlanacağıq. Rəhmanın ən yaxşı xüsusiyyətlərindən biri də uzaq məsafədən gözəl zərbələr vura bilməsidir. Bunu “Sperantsa” ilə görüşdə də gördük. Amma sabah “Arsenal”a komanda şəklində cavab verməyə çalışacağıq.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Çempionlar Liqasında ilk 1/4 fnalçılar müəyyənləşir
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir