Son mövsümü Bakının «İnter» klubunda keçirən latviyalı futbolçu Andrey Rubinsin Ağdamın «Qarabağ» klubuna keçidində problem yaranıb. Qol.Az-ın əldə etdiyi məlumata görə, hazırda Rubins «Qarabağ»ın düşərgəsində məşq etsə də, «İnter» futbolçunun Ağdam klubuna keçidinə əngəlləmək istəyir. Məsələ burasındadır ki, Andrey Rubinsə xeyli borcu olan «İnter» yalnız bu pulu komandaya bağışlayacağı təqdirdə ona sərbəst agent statusu veriləcəyini, başqa sözlə, «Qarabağ»a buraxacağını vəd edib. Futbolçu isə «İnter»in bu təklifindən boyun qaçırıb. Məsələnin ən ilginc tərəfi isə Rubinslə «İnter» arasında imzalanan müqavilə ilə bağlıdır. Mötəbər mənbənin Qol.Az-a verdiyi məlumata görə, hələ ötən mövsümün əvvəlində «İnter» klubu Rubinslə ayrı-ayrı formada, bir-birilə tamamilə fərqlənən və müqavilənin müddətinə ciddi şəkildə təsir edən iki müqavilə imzalayıb. Bu zaman «İnter» faktiki olaraq saxtalaşdırmaya əl atıb. «İnter» müqavilənin Azərbaycan dilində olan nüsxəsində sənədin müddətini iki il olaraq göstərib və bunu Peşəkar Futbol Liqasına göndərib. İngilis dilində olan variantda isə «İnter» müqavilənin müddətini 1 il göstərib. Təbii ki, Azərbaycan dilini bilməyən Rubins «İnter» klubunun onu aldatdığını yalnız bu yaxınlarda, artıq «Qarabağ» klubu ilə müqavilə imzalamaq istəyərkən xəbər tutub.
Qeyd edək ki, hazırda Avropa kuboklarında ciddi uğur qazanmağı qarşısına hədəf qoyan «Qarabağ» heyətini Rubinslə möhkəmlətmək niyyətində olsa da, məhz sadaladığımız bu problemə görə onun Ağdam klubuna keçidi baş tutmur.
Qol.Az-ın müxbirinin məsələylə bağlı Ağdam klubunun direktoru Əmrah Çəlikəl və «İnter»in prezidenti Georgi Nikolovla əlaqə saxlamaq cəhdləri baş tutmayıb. Hər iki klub rəsmisi müxbirimizin telefon zənglərini cavabsız qoyub.
«İnter»in meneceri Kamran İsmayılov isə müxbirimizə bildirib ki, yerli futbol federasiyasının tələbi ilə əcnəbi futbolçularla imzalanan müqavilə Azərbaycan dilinə tərcümə olunaraq notariusda təsdiq edilir. «Sizin dediyiniz məsələdən mənim xəbərim yoxdur. Birinci dəfədir bu haqda sizdən eşidirəm. Bəli, Rubinsin «İnter»lə hələ müqaviləsi var. Onun başqa bir kluba keçməsinin problemi bununla əlaqədardır. Rubinsin bizim klubun prezidentiylə bu məsələyə dair hansısa müzakirəsi olub, ya yox, bundan xəbərsizəm. Amma əgər müqaviləylə bizə məxsus olan hansısa futbolçumuz başqa komandaya keçmək istəyirsə, buna görə bizə müəyyən kompensasiya ödənilməlidir və bu, çox normal haldır».
Qeyd edək ki, Avropa kuboklarındakı mühüm oyunlar ərəfəsində hər iki klub arasında Rubinsin transfer məsələsinə görə qalmaqal yaranıb. Təbii ki, bu üzücü olayı tərəflər gizlətməyə çalışsa da, əldə etdiyimiz bu xəbər «Qarabağ»ın «İnter»lə ciddi sorunu olduğunu göstərir.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq