“Sabahkı oyunun maraqlı və gərgin keçəcəyini gözləyirəm. Hər halda ciddi hazırlaşmışıq və qələbə qazanmaq haqda düşünürük. Bu yolda rəqib haqda da ətraflı məlumat toplamağa çalışmışıq. Ancaq bunun işimizə nə dərəcədə yarayacağını qarşıdakı oyunlar göstərəcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri Bakı “İnter”inin baş məşqçisi Kaxaber Sxadadze deyib.
Sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Lex”i ilə qarşılaşacaq təmsilçimizin gürcü çalışdırıcısı bu gün oyun ərəfəsində keçirdiyi mətbuat konfransında daha sonra bunları vurğulayıb: “Düzdü, Bolqarıstanda yaxşı hazırlıq keçmişik, xeyli sınaq matçı oynamışıq. Hətta həmin oyunlarda xeyli qələbə də qazandıq. Amma bir məsələ var ki, adi sınaq oyunlarıyla Çempionlar Liqası kimi turnirin rəsmi oyunu arasında xeyli fərqlər var. İndidən mən yüz faiz nəyəsə söz verə bilmərəm. Sadəcə bir şeyi bilirəm ki, növbəti mərhələyə adlamaq üçün meydanda sona kimi mübarizə aparacağıq”.
Polşa təmsilçiləri ilə həm yığma, həm də klub səviyyəsində qazandığımız nəticələrin qabardılmasına qarşı çıxan gürcü mütəxəssis bunları qeyd edib: “İndiki məqamda keçmişə qayıtmağın məqsədəuyğun olduğunu düşünmürəm. Keçmişə qayıtmamalıyıq. Əksinə qarşıdakı oyunlara maksimum köklənib, lazımı nəticəni qazanmaq haqda fikirləşməliyik”.
Ondan öncə mətbuat konfransı keçirən rəqib komandanın baş məşqçisi Yatsek Jelinskinin iddialı açıqlamalarına da münasibət bildirən Sxadadze, belə danışıb: "Təbii ki, hər bir baş məşqçi komandasının qələbə qazanmasını istəyir və buna inanır. Mən də öz komandama inanıram və ümid edirəm ki, onlar bizə istənilən sevinci yaşada biləcəklər".
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq