“Komandamızda əvvəlki mövsümlə müqayisədə ciddi dəyişikliklər yoxdur. “İnter”lə qarşılaşmaya yetərincə hazırlaşa bilmişik. Amma burda hava şəraitinin həddən artıq isti olması bir qədər narahatlıq doğurur. Bakının havası həqiqətən də çox istidir və çox güman ki, sabahkı oyunda əsas əngəllərimizdən biri məhz bu olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Polşanın “Lex” komandasının baş məşqçisi Yatsek Jelinski deyib.
Sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ölkə çempionu “İnter”lə qarşılaşacaq Polşa çempionunun çalışdırıcısı bu gün oyundan öncə keçirilən mətbuat konfransında daha sonra bunları bildirib: “Rəqibimizi kifayət qədər analiz edə bilmişik və məlumatımız var. Xeyli yeni oyunçular alıblar. 19 legionerləri var”.
Şansları dəyərləndirərkən, Jelinski bunları vurğulayıb: “Düşünürəm ki, hər iki komanda növbəti mərhələyə çıxmaq üçün eyni şanslara malikdir. Həm “İnter”, həm də “Lex” yeni mövsümə başlayırıq. Amma təbii ki, özümüzü daha güclü hesab edirik. Ilk oyunda şansları əllinin əlliyə dəyərləndirirəm. Hər halda cavab oyunundan sonra şansları daha asan dəyərləndirmək mümkün olacaq”.
Komandasının əsas qol silahı Levandovskinin ötən mövsüm başa çatan kimi sıralarını tərk etməsinə münasibət bildirən mütəxəssis, hücum xəttindəki müəyyən narahatçılığından da danışıb: “Sözsüz ki, Levandovskinin gedişi bizim üçün böyük itki oldu. Amma digər tərəfdən hər birimiz onun bu gedişinə sevinirik. Hər halda sabiq hücumçumuz bundesliqanın “Borussiya” (Dortmund) komandasına keçib. Biz də əvəzində Vixnyareki aldıq. Düzdü Levandovskiidən yaşlıdır. Həmçinin bu oyunda iştirak edə bilməyəcək. Çünki cəmi 2 həftədir komandayla birgədir. Bütövlükdə hücum xəttimizdə müəyyən çatışmazlıqlar var və biz bu boşluğu doldurmaq üçün daha 2 hücumçu almağı planlaşdırırıq”.
Sonda Jelinski “İnter”lə cavab oyunu ərəfəsində iddialı açıqlama verməyi də unutmayıb: “Statistikaya əsaslansaq, Azərbaycan klublarıyla mübarizədə Polşa komandaları daha yüksək göstəriciyə malikdir. “Xəzər Lənkəran”ı, “MKT-Araz”ı məğlub etməyi bacarmışıq. Amma bütün bu statistik göstəriciləri kənara qoyub, sabahkı oyuna hazırlaşırıq ki, istədiyimiz nəticəni qazana bilək. Məğlubiyyət haqda qətiyyən fikirləşmirik. Bakıya qələbə dalınca gəlmişik və cütün taleyini ilk oyunda həll etmək istəyirik”.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq