“Qarabağ” klubu sabah “Portadaun”la qarşılaçmaq üçün Şimali İrlandiyaya yola düşür. Səfər ərəfəsində “Qarabağ”ın baş məşqçici Qurban Qurbanov həm bu oyun, hem də Makedoniya “Metallurq”u ilə keçirilən cavab oyunu haqda danışıb.
- Qurban bəy, ilk növbədə Sizi uğur münasibətilə təbrik edirik. “Metallurq”la ilk oyundan fərqli olaraq cavab qarşılaşmasında start heyətdə bəzi təcrübəli oyunçular – kapitan Aslan Kərimov, Elvin Məmmədov, həmçinin Rauf Əliyevə yer verməmişdiniz. Bundan başqa, Avroliqada 18 yaşlı Qara Qarayevə debüt etmək şansı verdiniz. Bu, nə ilə bağlı idi?
- Təbrikə görə, çox sağ olun. Bu, bütün Azərbaycan xalqının uğurudur. Sualınıza gəlincə, Qara, xeyli müddətdir komanda ilə birgə məşq edir və səylə hazırlaşır. Hesab edirəm ki, onun böyük perspektivi var. Türkiyədə keçirdiyimiz bütün yoxlama oyunlarında onu əsas heyətdə oynatmışdım. Alban futbolçu Ansi Aqollini gətirdik, ilk oyundan sonra ciddi zədə aldı. Ancaq Qaranı da “yandıra” bilmərik. Ola bilər ki, onun oyunu alınmasın. Ancaq imkan olduqca ondan istifadə etməliyik. Mən onun gücünə bələdəm. İnanıram ki, o, hətta bütün qarşılaşmalarda oynaya bilər. Müdafiə xəttində problem vardı. Teli cəzalı, Aqolli və Ayxan zədəli olduqlarından onlardan faydalana bilmədik.
- Qara, özünü doğrultdumu?
- Əlbəttə. O, çox yaxşı oyun göstərdi, xoşum gəldim.
- Risk etməyiniz məsələni ilk oyunda həll etməkdən qaynaqlanmırdı?
- Xeyr. Rəqibin ilk dəqiqələrdən hücuma atılacağını, pressinq edəcəyini yaxşı bilirdim. Heyətdə bir qədər dəyişiklik etmişdim. Cavab oyununda Namiq, Samir və Rəşadı mərkəzdə oynatdım ki, problem yaranmasın. Düşünürəm ki, dəyişiklik özünü doğrultdu. Biz hər bir oyunçudan istifadə etməyə çalışırıq.
- Rəqib Bakıdakı qarşılaşma ilə müqayisədə Skopyedə necə təsir bağışladı?
- Mən deyərdim ki, “Metallurq” öz meydanında daha yaxşı oynadı. Rəqib yenə də çox yaxşı komanda və baxımlı oyun üslubu olduğunu göstərdi. “Metallurq” ilk dəqiqədən sona kimi əzmkar mübarizə apardı.
- Hesabda üstünlüyü qoruya bilməməyinizə nə mane oldu?
- Yenə qələbə qazanmaq istəyirdik. Buna nail olsaydıq daha yaxşı olardı. Ancaq rəqib də boş dayanmırdı, qol vəziyyətləri yaradırdı. Futbolda həmişə qalib gəlmək olmur. Komandamız rəqibin hücumlarının qarşısını sonadək almağa çalışsa da, qapını toxunulmaz saxlamaq mümkün olmadı.
- İndi də növbəti rəqib haqda danışaq. İlk mərhələdə “Metallurq”u lazımınca öyrənə bilməmişdiniz. “Portadaun”a necə, bələd olmaq problem olmayacaq?
- Bilirsiniz ki, “Metallurq” bizə əngəl törətdiyindən “sirli qutu” idi. “Portadaun”a gəlincə, bu rəqib haqda lazımı məlumatlar toplamaq problem deyil. Bunun üçün səylə çalışırıq. “Portadaun”un “Skonto” ilə oyununun videoyazısına baxacağıq. Rəqibin oyunu ciddi təhlil olunacaq. Allahın köməyi ilə hər iki qarşılaşmada maksimum nəticə qazanmaq üçün çalışacağıq.
- Statistikaya əsasən deyə bilərik ki, rəqibin Avropa yarışlarında nəzərəçarpacaq uğuru yoxdur...
- Məndə olan məlumata görə, “Portadaun” Avropada böyük təcrübəyə malikdir. Şimali İrlandiya klubu qitə yarışlarında 30-dan çox oyun keçirib. Ancaq uğurları azdır. Komandamıza gəlincə, bizim ötən mövsüm nailiyyətimiz olub. Bir məqamı qeyd edim ki, “Metallurq” ilk dəfə Avropa miqyaslı yarışda iştirak etsə də, çox yaxşı təsir bağışladı. “Portadaun”a gəlincə, “Skonto” kimi güclü rəqibi məğlub edibsə, deməli güclü komandadır. Şimali İrlandiya klubuna da hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlıq keçəcəyik.
- İlk oyunun səfərdə keçirilməsi komandanıza sərf edirmi?
- Bəzən bu, üstünlük sayılır. Fikrimcə, bunun fərqi yoxdur və biz heç nəyə aldanmamalıyıq. Ciddi hazırlaşmalı, öz oyunumuzu göstərməliyik.
- “Qarabağ”ın “Portadaun” səddini də keçəcəyinə söz verirsinizmi?
- Bu, çox çətin olacaq. Ancaq bunun üçün əlimizdən gələni edəcəyik. İnşallah, yenə mərhələ keçərik.
- Komandanı istədiyiniz vəziyyətə gətirə bilmisinizmi?
- Açığı, xeyr. Lakin qeyd edim ki, gündən-günə irəliləyiş hiss olunur. Komandamızın daha yaxşı təsir bağışlaması üçün nə lazımdırsa, onları edirik.
- Azərbaycanın digər komandaları da Avropa yarışında mübarizəyə qoşulacaq. Məşqləri Respublika stadionunda keçirmək mümkün olacaqmı?
- Bu, alınmayacaq. Bilirsiniz ki, komandamız gecə vətənə dönüb. Futbolçularımız bu gün istirahət edirlər. Sabah yenidən hazırlığa başlayacağıq. Suraxanı stadionunda məşqləri bərpa edəcəyik. Sonrasına baxarıq ki, harada hazırlaşacağıq.
Mənbə: supersport.az
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq