"Sabah çox ciddi rəqibə qarşı oynayacağıq. "Arsenal"ın hazırda texniki və fiziki durumları yüksək səviyyədədir. Onların Rusiya Premyer Liqasında son iki oyununu izləmişik. Maraqlı oyun olacaq".
Bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Rusiyada "Arsenal"a (Rusiya) qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, Bakı-Moskva təyyarəsində problem yarandığı üçün 6 saat yubanmaları komandaya təsir etməyəcək: "Yorğunluq bu günə təsir edə bilər. Məşqin vaxtını dəyişdik. Yüngül məşqdən sonra hazır olacağıq. Yubanmanın oyuna təsir edəcəyini düşünmürəm".
Bordinin sözlərinə görə, əsas məqsədləri oyuna düzgün yanaşmaqdır: "Qol buraxmasaq yaxşı olar. Ancaq rəqib çox yaxşı komandadır və əla formadadır. Qapımızı toxunulmaz saxlamaq çətin olacaq. Buradan qələbə ilə də qayıtmaq istərdim. Oyuna düzgün yanaşmağa çalışmalıyıq. Çünki cavab görüşü də var. Öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olub. "Arsenal" ilk dəfədir avrokubokda çıxış edir, stadionda ajiotaj olacaq. Matçın Tulada keçirilməsi meydan sahibləri üçün üstünlükdür. Biz də öz evimizdə üstün durumda olacağıq. "Neftçi" böyük tarixə malik klubdur. Burada gözəl oyun nümayiş etdirmək və sərfəli nəticə qazanmaq istəyirik. Sabah necə olacağını indidən deyə bilmərəm. İlk dəqiqələrdən qol buraxmaq istəmərik. Meydana uyğunlaşmaq və öz futbolumuzu sərgiləməyi düşünürük. Qol buraxsaq da, vəziyyəti dəyişmək üçün düzgün oynamalıyıq. Sabah hava şəraitinin yağışlı olmaq ehtimalına gəlincə, bu, meydançaya təsir edə bilər, taktikaya yox".
Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək (Report).
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı