"Son günlər yaxşı məşqlər keçirdik. Bazar günü "Qarabağ"ın oyununu təhlil etdik. Bunu davam etdirəcəyik".
Qol.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dundalk"ın yarımmüdafiəçisi Ceymi MakQret deyib.
İrlandiya millisinin üzvü klubun rəsmu saytına açıqlamasında Ağdam təmsilçisi haqda müsbət fikirlər bildirib: "Qarabağ" çox yüksək səviyyəli komandadır. Ancaq meydana çıxmamış heç nə bilmək olmaz. Məşqçimiz "Qarabağ"ın oyununu bir neçə dəfə canlı izləyib. Ona görə də rəqibimiz haqda kifayət qədər məlumatlıyıq.
Bizimlə Latviyaya gedən azarkeşlər möhtəşəm idi. Əla azarkeş dəstəyimizin olduğunu gördük. Bu bizə psixoloji üstünlük verir və qarşıdakı oyuna yaxşı əhvalda hazırlaşırıq".
C.MakQret əsas məqsədlərinin qol buraxmamaq olduğunu əlavə edib: "Təbii ki, ilk görüşdə qol buraxmamaq əsas şərtdir. Gördüyünüz kimi, bizdə belə bir problem yoxdur. "Riqa" ilə hər iki görüşdə qapımızı toxunulmaz saxladıq. Bu oyunlardakı ssenarinin yenidən təkrarlanmasının əleyhinə deyiləm".
Xatırladaq ki, "Dundalk"ın "Riqa" ilə hər iki oyunu qolsuz başa çatıb. İrlandiya təmsilçisi penaltilər seriyası ilə mərhələ adlayıb. "Qarabağ"la "Dundalk"ın ilk görüşü iyulun 24-də İrlandiyada, 31-də isə Bakıda olacaq.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu