UEFA «Qarabağ»ın «Portadaun»la oyununun yerini dəyişdirdi

UEFA «Qarabağ»ın «Portadaun»la oyununun yerini dəyişdirdi
ÖLKƏ FUTBOLU 9 İyul 2010 / 14:13 2791
-  A +

UEFA Şimali İrlandiyanın «Portadaun» və Ağdamın «Qarabağ» klubları arasında Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununun yerini dəyişdirib. Bu haqda Qol.Az-a «Qarabağ»ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, UEFA-dan kluba daxil olan faksda bildirilib ki, adları çəkilən komandalar arasında ilk oyun nəzərdə tutulduğu kimi Bakıda deyil, Şimali İrlandiyada keçiriləcək.
Xatırladaq ki, «Qarabağ»ın «Portadaun»la ilk görüşü iyulun 15-də Bakıda keçirilməliydi. Lakin həmin gün avroliqadakı digər təmsilçimiz «Bakı» da ilk oyununu öz meydanında keçirdiklərindən meydançanın dəyişdirilməsi zərurəti yaranmışdı. Çünki hər iki klub UEFA-ya göndərdiklərini sifariş vərəqələrində doğma meydanı kimi Respublika stadionunu göstərib.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır