UEFA Avropa Liqasının finalında oynayacaq "Çelsi" və "Arsenal" klublarının hər birinə 10 min bilet ayıra bilər.
Qol.az-ın məlumatına görə, bu barədə "Daily Mail"ə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O bildirib ki, hər iki klub öz azarkeşləri üçün əlavə çarter reysləri təşkil edəyi təqdirdə, bu gerçəkləşə bilər.
Elxan Məmmədov komandaların azarkeşlərini [email protected] və [email protected]. ünvanından bilet almağa dəvət edib: “UEFA-nın qərarı ondan ibarətdir ki, əgər klub çarter reysi və biletlərin sayı barədə ətraflı məlumat verirsə, UEFA bunu təmin edir. UEFA meydanda boş yer qalmasın deyə lazım olandan artıq bilet vermir. Klublar çarter reyslərinin cədvəlini verən kimi, UEFA hər finalçıya əlavə 4 min bilet verə bilər. Klublar bu haqda bilir. Mənə qəribə gəlir ki, çarter reysləri niyə hələ də təşkil edilməyib. Biz 4000 kilometr uzaqda yerləşirik. Çarter reyslərinin təşkili daha məqsəduyğundur. UEFA klublarla birbaşa əlaqə saxlayır və onlar üçün bilet ehtiyatı tutur. Bəli, biz daha çox reys təşkil edə bilərdik, amma finalçılar mayın 9-da məlum oldu. Bu, qısa bir zamandır. Adətən belə vəziyyətlərdə klublar özləri turagentlərlə müstəqil işləyirlər. Amma onlar bunu etməyiblər”.
Elxan Məmmədov bildirib ki, cümə gününə olan məlumata görə, dünya üzrə 25 min bilet satılıb, daha 10 min bileti Bakıda offlayn rejimdə alıblar: “Futbol artıq Avropa ölkələrinin sərhədlərini aşır. Aparıcı futbol ölkələri həmişə futbolun sərhədlərini genişləndirməyə çalışırlar. Bu, yeni imkanlar deməkdir.Azərbaycan futbol üçün ən yeni imkanlardan biridir. Biz və başqa qonşu ölkələr bu kimi tədbirlərə ev sahibliyi etməyə hazırıq və buna haqqımız var. Bu gün biz futbol dünyasına töhfə verməyə qadirik. Hər bu kimi tədbir dünyaya müsbət təsir göstərə bilər”.
Qeyd edək ki, UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün "Arsenal" azarkeşlərinə cəmi 6 min bilet ayırmasına klub etiraz etmişdi.
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi