“Qarabağ”ın yeni transferi, millimizin yarımmüdafiəçisi Samir Abbasovun müsahibəsi
- Samir, Avroliqanın ilk oyununa hazırsızmı?
- Komandamız oyuna normal hazırlaşıb. Ancaq bəzi problemlərlə üzləşdik. Bir neçə futbolçunun zədəsi yeni sağaldığı üçün, millidəki oyunçularımız komandaya sonradan qoşulduğundan onlara ayrıca məşq lazım idi. Məşqçilər futbolçuların eyni səviyyədə hazırlaşması üçün əllərindən gələni ediblər. Komandamızın hazır olub-olmamasını oyun göstərəcək.
- Ötən mövsüm “Rusenborq” kimi güclü rəqibi mübarizədən kənarlaşdıran “Qarabağ” üçün “Metallurq” səddini keçməyə nə var ki?
- Bu fikirlə qəti razı deyiləm. “Rusenborq” da “Qarabağ”ı rəqib saymırdı və aqibətinin necə olduğunu gördünüz. “Metallurq”a hörmətlə yanaşırıq. Komanda üzvlərinə rəqibə ciddi yanaşmağın vacibliyi bildirilib. Makedoniya klubu avrokuboklarda debütündə özünü göstərmək və uğur qazanmaq istəyir. “Metallurq” üçün rəqibin kim olmasının fərqi yoxdur. Oyun çox ağır olacaq. Öz meydanımızda oynadığımızdan ilk növbədə qol buraxmamalıyıq. Səfərdə olanda bir qol buraxanda birini də vurub mərhələ keçmək bir az asan olur.
- Hamı sizdən qələbə gözləyir. Buna söz verirsiniz?
- Siz söz verirsiniz, biz udacağıq?!
- İnşallah qələbə qazanacaqsınız.
- Mən də inşallah deyirəm.
- “İnter”i “Qarabağ”a niyə dəyişdin?
- “Qarabağ”ı yaxından tanıyıram. Bu komandada əvvəllər də oynamışam. Digər tərəfdən, klubun əksər üzvləri ilə millidə birgə çıxış edirdim. Burada özümü rahat hiss edirəm, sanki öz evimdəyəm.
- Belə çıxır ki, əvvəlki komandandan narazı ayrılmısan?
- Xeyr. “İnter”lə mövsümü major notlarla başa vurduq. Komandadan çox yaxşı ayrıldım, məni başa düşdülər. 2-3 ilə futbolla da vidalaşacağam. “İnter”də mənə uğurlar arzuladılar. Keçmiş komandamla indi də əlaqəm var.
- Çempion komandanı çempionatın bürünc mükafatçısına dəyişmək geri addım deyilmi?
- Mən belə düşünmürəm. İnşallah gələn il də burada çempion olaram.
- Avroliqanın ilk oyununda meydana çıxa biləcəksən?
- Bu, çətin məsələdir. Ona görə ki, sol dizimdən ciddi zədəliyəm, ağrılar hələ də var. İnanmıram ki, oynaya bilim.
- İynə vurdurmaqla necə, iştirakın mümkündürmü?
- Xeyr. Elə yerdən zədələnmişəm ki, iynə kömək etmir. İnşallah iyulun 8-də cavab oyununda meydana çıxaram.
- Avrokuboklardakı digər təmsilçilərimizdən nə gözləyirsən?
- Bütün komandalar bizimdir. Allaha and olsun ki, hamısının uğur qazanmasını istəyirəm. Bütün komandalarımızın oyunlarına baxıb, onlara azarkeşlik edəcəyəm.
Mənbə: supersport.az
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular