“Təxminən bir ilə yaxın idi ki, avrokuboklara vəsiqə qazanmaq üçün Premyer Liqada gərgin mübarizə aparırdıq. Allaha şükürlər olsun ki, bu vəzifəmizin öhdəsindən gələ bildik və artıq sabah ilk sınağımıza çıxacağıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov söyləyib.
Sabah Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniya “Metallurq”u ilə qarşılaşacaq Ağdam klubunun baş məşqçisi oyundan öncə, bu gün keçirilən mətbuat konfransında daha sonra bunları dilə gətirib: “Düzdü, ötən ilki rəqiblərlə müqayisə etdikdə, çoxları belə düşünür ki, “Metallurq” çətin rəqib deyil, zəifdir. Amma biz son günlərdə onlarla yaxından maraqlandıq, analizlər apardıq və gördük ki, heç də sıradan bir komandayla qarşılaşmayacağıq. Kifayət qədər çətin rəqiblə üz-üzəyik. Ən əsası odu ki, qazandıqları uğura kollektiv oyunla nail olublar. Kollektiv oyun sərgiləyən komandayla mübarizə aparmaq isə həmişə çətin olur. İlk oyunun evdə olması hardasa bizim planlarımıza uyğun olmadı. Çünki biz də ilk oyunu səfərdə oynamaq istəyirdik. Belədə rəqib haqda ilk oyunda müəyyən təsəvvürümüz olacaqdı ki, ikinci matçda rahat qələbə qazana bilərdik. Amma vəziyyət fərqli olsa da, bundan çıxış yolları tapmağa çalışacağıq. Rəqibin baş məşqçisinin dediklərindən aşkar görunür ki, bizimlə oyuna çox ciddi hazırlaşıblar. Təsəvvür edin ki, hər bir oyunçumuzu ayrıca analiz ediblər və hərtərəfli məlumata malik olduqlarını gizlətmirlər. Bu da komandamızı ciddi şəkildə analiz etmələrindən xəbər verir. Bu üzdən çalışacağıq ki, evdə keçirilən ilk oyunda ehtiyatı əldən verməyək. Ehtiyatlı oynayıb, minimal hesablı qələbə qazansaq, onda səfər matçında daha yaxşı tanıdığımız rəqiblə görüşə rahat çıxacağıq”.
Heyətdəki problemlərə də toxunan baş məşqçi Samir Abbasovun matçın iştirak ərizəsinə salınıb-salınmamasının sual altında olduğunu bildirib.
İstənilən halda uğura inandığını deyən Qurbanov, problemlərin onları çəkindirmədiyini söyləyib: “Hazırlıq üçün kifayət qədər vaxtımız olmadı. Lazımi yoxlama oyunları keçirə bilmədik. Yalnız “Olimpik-Şüvəlan”la oyunun “Metallurq”la qarşılaşacağımız arenada keçirilməsi işimizə daha çox yaradı. Samirin zədəli olması bir qədər məyusluq yaradır. Amma bütün bunlar bizi ruhdan sala bilməz. Bütövlükdə komandada hər şey qaydasındadı. Azarkeşlərin, sizlərin bizdən böyük nailiyyətlət gözlədiyini dərk edirik. Mən də çox istərdim ki, ötən ilki uğurlar sadəcə başlanğıc olsun”.
Albaniyalı yeni futbolçu Ansi Aqollinin start heyətinə yer alacağını deyən çalışdırıcı onunla yanaşı baxışa dəvət olunan bosniyalı müdafiəçiyə üstünlük vermədiyinin də səbəbini açıqlayıb: “Bosniyalı ilə Aqollinin fərqi o idi ki, bizim transferimiz millinin oyunçusudu. Bundan əlavə son dövrlər oyun praktikası baxımından ciddi probleminin olmadığını gördük. Bir sözlə müqayisədə çatışmayan cəhətləri daha az idi deyə, albaniyalıya üstünlük verdik”.
Komandasında hücumçu probleminin olması haqda fikirləri etirazla qarşılayan baş məşqçi həm Rauf Əliyevun, həm də Əfran İsmayılovun böyük potensiala malik olduğunu bəyan edib. Bundan əlavə, o, Vüqar Nadirovla Adamiyanın da komandaya böyük fayda vermək iqtidarında olduğunu bildirib.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular