"Rəqib komanda haqda çox da böyük bilgimiz yoxdur. Biz ötən il daha yaxşi çıxış etdik deyə, makedoniyalılar internetdən, başqa vasitələrlə “Qarabağ” haqda daha ətraflı məlumat toplamaq imkanına malik idi. Amma “Metallurq” elə də ciddi uğurları olmadığından, onun haqda heç də ürəyimiz istəyən qədər geniş bilgi toplaya bilmədik. .Adicə yoxlama oyunları var idi və həmin görüşü izləmək üçün öz nümayəndəmizi – ikinci məşqçimizi ora göndərmişdik. Amma bizim nümayəndəmizin orda olduğunu bilən kimi dərhal yoxlama matçını təcirə salıblar ki, biz əlimizə nəsə keçirə bilməyək”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın təcrübəli oyunçusu Aslan Kərimov söyləyib.
Sabah Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniya “Metallurq”u ilə qarşılaşacaq Ağdam klubunun kapitanı oyundan öncə, bu gün keçirilən mətbuat konfransında daha sonra bunları dilə gətirib: “Yalnız ikitərəfli oyunları zamanı çox uzaqdan çəkilmiş bir videoyazı əldə edə bilmişik. Onun sayəsində müəyyən bilgilərimiz var. Hiss olunur ki, təcrübəli və sürətli oyunçulara malikdirlər. Xüsusilə sol cinah yarımmüdafiəçiləri çox təhlükəlidi və son oyunlarda iki qol vurmağa nail olub”.
Rəqib komandanın kapitanı Miroslav Vaysın “Qarabağ”ın yalnız kağız üzərində güclü olması haqda iddiasına münasibət bildirərkən isə, Kərimov bunları deyib: “Bu, onun fikridir. Biz öz tərəfimizdən rəqibi qiymətləndiririk və və layiqli rəqib hesab edirik. Amma öz sözümüzü meydanda deyib, növbəti mərhələyə vəsiqə qazanacağımıza da şübhə etmirik. Düzdü, Avropa Liqasında zəif rəqib yoxdu. Özümüz zəifik. Hər bir rəqib güclü olsa da, bunu dərk edirik ki, “Metallurq” nə “Honka”, nə də “Rusenborq”dur. Deməli, bizim növbəti mərhələyə adlamağımız daha vacibdi. Məncə elə ən böyük üstünlüyümüz də növbəti mərhələyə vəsiqə qazanmağı daa çox bizim istəməyimizdir”.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular