“Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlunun Qol.Az saytına müsahibəsi
- Komandanızın futbolçusu Araz Abdullayevin İngiltərənin «Everton» klubuna keçidi məsələsi nə yerdədir?
- «Neftçi» rəhbərliyi bu transferin baş tutmasında maraqlıdır. Araz Abdullayevin «Everton» kimi bir komandanın əsas heyətində oynaması Azərbaycan futbolunun inkişafı naminə atılan addımdır. Artıq gənc futbolçu bununla bağlı ilk proseduru keçib. Araz «Everton»un düşərgəsində olub və orada uğurla tibbi müayinədən keçib. «Neftçi»nin Avstriyadakı təlim-məşq toplanışından sonra, iyul ayının ortalarında «Everton»un nümayəndələri Azərbaycana gəlməyi planlaşdırır. Həmin vaxt hər iki klubun rəhbərliyi tərəfindən danışıqlar aparılacaq və bu məsələyə də o zaman tam aydınlıq gələcək.
-“Neftçi”nin son hazırlıqları barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, baş məşqçi Arif Əsədovla birgə ötən ay Avstriyada olduq. Orada hansı oteldə qalacağımızı, hansı stadionda məşq edəcəyimizi dəqiqləşdirdik və bir neçə yoldaşlıq oyunu keçirməyi qərara aldıq. İlk olaraq İstanbulun “Beşiktaş” klubunun rəhbərliyinə rəsmi məktub göndərərək onlarla yoldaşlıq və qardaşlıq adı altında bir oyun keçirməyi xahiş etdik. “Beşiktaş” klubundan müsbət cavab aldıqdan sonra bu oyunun keçirilmə vaxtı da müəyyənləşdirildi. Matç iyulun 3-də Avstriyanın Tiol vilayətində, Bakı vaxtı ilə axşam saat 9-da başlayacaq. Bu oyunu Türkiyənin “D spor” telekanalı və “Beşiktaş TV ” canlı yayımlayacaq. “Qara qartallar”la oynamaq həm çətin, həm də şərəfli sınaqdır. Komandamız Avstriya təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Otselul” və Polşanın “Zaqlebie” klubları ilə qarşılaşacaq. Vyanaya səfərdən öncə isə artıq on gündür komanda Bakıda toplaşıb və “Olimpik-Şüvəlan” klubu ilə yoldaşlıq görüşü keçirib. Yeni transferlər və digər futbolçularımızın hazırkı durumu barədə məşqçilər heyətinin fikri müsbətdir.
- “Neftçi”də digər transferlər gözlənilirmi?
- Bəli, biz həmişə səviyyəli oyunçu axtarışındayıq. Klubun rəhbərliyi Braziliyada müəyyən futbolçularla maraqlanır. Yaxın vaxtlarda «Neftçi» hücum mövqeyinə yeni futbolçular transfer etmək fikrindədir.
- Yeni mövsümdə “Neftçi” komandasının əsas hədəfi nə olacaq? Çempionluq, yoxsa avrokuboklara vəsiqə qazanmaq?
-Təbii ki, “Neftçi” Azərbaycan futbolunun flaqmanı sayılır. Biz həmişə çempionluğa oynamışıq. Klub rəhbərliyi “Neftçi”nin əvvəlki əzəmətini qaytarmaq üçün əlindən gələni əsirgəmir. Biz yeni mövsümdə çempion olmaqla Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etmək istəyirik. İnanıram ki, “Neftçi” yenidən Avropada xarüqələr yaradacaq.
- Milli komandaya hər zaman “Neftçi” daha çox futbolçu bəxş edirdi. Lakin son vaxtlar bu işdə “Neftçi” digər klublardan geri qalır.
- Mən belə deməzdim. Ötən mövsümün əvvəlində “Neftçi”nin start heyətində iki və yaxud üç yerli futbolçu görürdük. Lakin mövsümün sonuna yaxın yerli futbolçuların sayı durmadan artırdı. Xatırlayırsınızsa, çempionatın son görüşündə “Neftçi”nin start heyətində on bir yerli futbolçu meydana çıxdı. Milli komandamızın baş məşqçisi Berti Foqts və ölkəmizdə olan digər almaniyalı məşqçilər bu faktı yüksək qiymətləndiriblər. Millinin Avstriyadakı yoldaşlıq görüşlərində komandamızın beş futbolçusu yer aldı. Düşünürəm ki, “Neftçi” nəinki əsas milli komandaya, hətta U-17, U-19 və U-21 milli komandalarına da ən çox futbolçu verən klubdur. Gələcəkdə bu futbolçuların sayının artacağı da heç kimdə şübhə doğurmasın.
- Gələcəyin komandasını qurmaq üçün nə kimi planlarınız var?
-“Neftçi” klubu Azərbaycanın ən köklü komandası olduğu üçün onun gələcəyi azarkeşləri düşündürməyə bilməz. Bu məqsədlə “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqovun gözəl və önəmli bir ideyası var. O, “Neftçi”nin “Xalq Şurası”nı yaratmağın zəruriliyini bildirir. Bu şuraya ziyalılar, millət vəkilləri, futbol veteranları və idman ictimaiyyətinin tanınmış nümayəndələri daxil olacaq. Təxminən 20 nəfərə yaxın üzvü olacaq şuranın ilk iclası Türkiyə təlim-məşq toplanışından sonra baş tutacaq. Bu da iyulun axırı, avqustun əvvəllərinə təsadüf edəcək. Fikrimcə, bu, Azərbaycan futbolunun inkişafı naminə atılan vacib addımlardan biri olacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunun gələcəyi üçün bütün səmərəli işləri görür. Futbol təşkilatımızın rəhbəri Rövnəq Abdullayevin Azərbaycan futbolunun inkişafındakı xidmətləri dəfələrlə beynəlxalq və Avropa futbol qurumlarının rəhbərləri tərəfindən yüksək qiymətləndirilir. Ümidvaram ki, biz tezliklə futbolçularımızın ardıcıl parlaq qələbələrinin də şahidi olacağıq.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular