"Neftçi” Xalq Şurası yaratdı

"Neftçi” Xalq Şurası yaratdı
ÖLKƏ FUTBOLU 30 İyun 2010 / 16:32 2042
-  A +

“Neftçi” klubu Azərbaycanın ən köklü komandası olduğu üçün onun gələcəyi azarkeşləri düşündürməyə bilməz. Bu məqsədlə “Neftçi” rəhbərliyi Xalq Şurasının yaradılmasını lazım bilib”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu bildirib. Onun sözlərinə görə, şuraya ziyalılar, millət vəkilləri, futbol veteranları və idman ictimaiyyətinin nümayəndələri daxildir. “Təxminən 20 nəfərə yaxın üzvü olan şuranın ilk iclası komandamızın Avstriyadakı təlim-məşq toplanışından sonra baş tutacaq. Bu da iyulun axırı, avqustun əvvəllərinə təsadüf edəcək” – deyə E.Əşrəfoğlu bildirib.

 

Daha çox


Son xəbərlər