Avropa Liqasının qrup turnirinə vəsiqə qazanmağı hədəfləyən “Bakı” heyətinə daha bir səviyyəli futbolçu cəlb etməkdə israrlıdır. Azərbaycan kubokunun qalibi bu dəfə CAR-da keçirilən dünya çempionatında diqqət mərkəzinə düşən forvardla maraqlanır. Söhbət dünya çempionu İtaliya yığmasının qapısına qol vuran Yeni Zelandiya seçmə komandasının hücumçusu Şeyn Smeltsdən gedir. “Bakı”nın baş meneceri Zeynal Məmmədov məlumatı təsdiq edib.
Qeyd edək ki, Şeyn Smelts 29 sentyabr 1981-ci ildə anadan olub. Futbolçunun boyu 184 santimetr, çəkisi 80 kiloqramdır. Smelts Avstraliyanın “Gold Coast United” klubunun üzvüdür. 2003-cü ildən Yeni Zelandiya yığmasının heyətində 9 nömrəli geyimdə çıxış edən 29 yaşlı forvard indiyə qədər 33 oyunda 17 qol vurub. CAR-da keçirilən dünya çempionatının qrup turnirində Smelts 3 oyunda sonadək meydanda olub, 1 qol vurub, 1 effektli ötürmə verib. Yeni Zelandiya milli komandasının çıxışına gəlincə, qrup turnirində uduzmayıb - Slovakiya və İtaliya ilə 1:1, Paraqvayla 0:0 oynayıb. 3 xalla Smeltsin komandası 2 xala malik italiyalıları sonuncu yerdə qoyub. Qrup turnirində 3-cü olan Yeni Zelandiya 1/8 final mərhələsinə çıxmağa çox yaxın olub. “F” qrupundan Paraqvay (5 xal) və Slovakiya (4 xal) həmin raunda çıxıb.
Xatırladaq ki, Avropa Liqasının ikinci mərhələsində mübarizəyə qoşulacaq “Bakı”nın rəqibi “Buduçnost”dur. İlk oyun iyulun 15-də Bakıda keçiriləcək.
Mənbə: supersport.az
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular