Ağasəlim Mircavadov: “Biz Moldovaya yalnız qələbə üçün gəlmişik»

Ağasəlim Mircavadov: “Biz Moldovaya yalnız qələbə üçün gəlmişik»
ÖLKƏ FUTBOLU 26 İyun 2010 / 12:32 2629
-  A +

“Biz Moldovaya yalnız qələbə üçün gəlmişik. Əlbəttə, oyunun ağır keçəcəyini də bilirik». Qol.Az-ın Moldova mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri «Xəzər Lənkəran» klubunun baş məşçisi Ağasəlim Mircavadov deyib. İyulun 1-də Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi Moldovanın «Olimpiya» klubu ilə qarşılaşacaq. Matçın başlamasına altı gün qalmış, dünən «Xəzər Lənkəran» Kişinyova yola düşüb. Komandamız oyuna «Zimbru» stadionunda hazırlaşacaq. Moldovada «Xəzər Lənkəran» klubuna böyük maraq var. Elə bu səbəbdən jurnalistlər baş məşqçiylə yanaşı futbolçuların da fikirlərinə yer verib. Qapıçı Dmitri Kramarenko komandasını «Olimpiya» ilə oyunda favorit saymır. «Bunları eşitmək xoşdur. Amma hər şeyi oyun özü göstərəcək. Əlbəttə, biz ancan ən yaxşı nəticə qazanmağa köklənmişik. Oyuna bir həftə qalmış bura gəlməyimiz də təsadüfi deyil. Biz bu oyuna çox ciddi hazırlaşırıq. Düşünürəm ki, maraqlı matçın şahidi olacağıq. İlk oyunu rəqib meydanında keçirməyimiz bizim üçün yaxşıdır».

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır