«Avropa Liqasının birinci təsnifat mərhələsində «Qarabağ»ın rəqibi olan Makedoniyanın «Metallurq» klubu ilə oyunda qol sindromunu qırmağa çalışacağam». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ»ın və millimizin gənc hücumçusu Vüqar Nadirov deyib. Türkiyədə yüksək səviyyədə təlim-məşq toplanışı keçdiklərini bildirən V.Nadirovun sözlərinə görə, «Qarabağ» Makedoniya təmsilçisi ilə görüşə tam hazırdır. V.Nadirov Makedoniya təmsilçisinin timsalında «Qarabağ»a asan rəqibin düşməsi barədə fikirlərə də toxunub: «Rəqibi nə güclü, nə də zəif hesab edirəm. Hər halda «Metellurq»a hörmətlə yanaşmaq lazımdır. Amma istənilən halda, mənim fikrimcə, «Metallurq» ötən il bizim avroliqada məğlub etdiyimiz «Rusenborq» və «Honka»dan zəif komandadır».
V.Nadirov «Metallurq»un qapıçısı Yordan Giorgiyevskinin «Qarabağ»dan qorxmadıqları və onlara məğlub edəcəkləri barədə fikirlərinə toxunan V.Nadirov bunları deyib: «Rəqibin belə fikirləşməsi bizim üçün yaxşıdır. Hər halda biz bu komandanı keçmək gücündəyik və var qüvvəmizlə çalışacağıq ki, növbəti mərhələyə vəsiqə qazanaq».
V.Nadirov şəxsən özünün də qarşıdakı oyunlara ciddi hazırlaşdığını və nəhayət, bu dəfə qol sindromunu qıracağını bildirib: «Son mövsümdə cəmi iki qol vurdum. Bunu mənfi hal hesab edirəm. Ona görə də bu dəfə daha çox qol vurmağa çalışacağam».
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu