Azərbaycanda futbol klubunun bazası yandı

Azərbaycanda futbol klubunun bazası yandı
ÖLKƏ FUTBOLU 2 Mart 2019 / 12:59 4211
-  A +

“Vətən" futbol klubunun Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən bazasında yanğın baş verib.

Qol.az xəbər verir ki, bu barədə “Het-trik News” qəzetinin baş redaktoru İlqar Tağıyev "Feysbuk" hesabında məlumat verib. Yanğın bu gün, səhər saatlarında, qısaqapanmadan baş verib. Bazanın yarısı yanıb, otaqlara ciddi ziyan dəyib. Yanğın zamanı insan itkisi baş verməyib. Bazada qalan uşaqları vaxtında təxliyə etmək mümkün olub.

10-a yaxın yanğınsöndürmə maşını hadisə yerinə cəlb edilib və yanğının qarşısı alınıb.

Daha çox


Son xəbərlər
30.05.25  18:18

Flik: "Yamal dahidir"