Azərbaycan milli komandasının futbolçusu Saşa Yunisoğlunun "Neftçi"yə keçidi baş tutmayıb. Qol.Az-ın məlumatına görə, bu haqda komandanın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına bildirib: "Biz həqiqətən də Saşa Yunisoğlunu heyətdə görmək istəyirdik. Onunla görüşüb, danışıqlar aparmışdıq. Lakin Saşa qəti qərar vermək üçün bizdən bir neçə gün vaxt istədi. Həmin müddət dünən başa çatdı. Buna baxmayaraq, futbolçu qəti qərarını vermədiyindən, daha bir neçə gün möhlət verməyimizi istədi. Deyəsən, onun planları var idi, xarici klubların birində baxışdan keçmək niyyətində idi. Təbii ki, işin belə gedişi bizi qane edə bilməzdi. Çünki "Neftçi" gələcəyin komandasını qurur, bizim böyük planlarımız var. Saşa Yunisoğlunun fikirləri planlarımıza uyğun gəlmədiyinə görə, onun komandamıza transferi baş tutmadı. Artıq bu məsələni qapalı saymaq olar. İndi fikrimizi digər məsələlərin həllinə yönəltmişik. Saşa Yunisoğluya gələcək karyerasında uğurlar arzulayırıq".
"Real" onu göndərir
"Roma"dan yeni transfer
“Yuventus”la razılaşdı
PSJ futbolçusunu icarəyə verdi
Bernardeskinin yeni klubu məlum oldu
"Turan Tovuz" Türkiyədə heç-heçə etdi
"Tramp mənə dedi ki..."
Azərbaycan gimnastlarından növbəti qızıl medallar
"Real"da qalır
Azərbaycanın bayraqdarları bəlli oldu
"Mançester Yunayted"dən "Barselona"ya
Obameyanq Fransaya qayıdır
"İmişli" ilk yoxlama oyununu keçirdi
"Qarabağ"ın rəqibi "Arsenal"dan futbolçu transfer etdi
"Karvan" daha bir futbolçu ilə yolları ayırdı
Kurtua qalır, ya gedir?
"Zirə" də iştirak ərizəsini UEFA-ya göndərdi
Sabiq "Qalatasaray"lı "Araz-Naxçıvan"ın rəqibinə keçdi
Rakitiçə "Hayduk"da vəzifə verildi
"Arsenal"la 5 illik müqavilə bağlayacaq
"Hayduk" Bakı səfərindən əvvəl uduzdu
18 yaşlı Endrik evləndi
Azərbaycan güləşçilərindən 5 medal
Sneyderin oğlundan ilk peşəkar müqavilə