“Xəzər Lənkəran” futbol klubunun Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Olimpiya” komandası ilə iyulun 1-də səfərdə keçirəcəyi ilk oyun üçün hazırlıq planı müəyyənləşib.
Bu haqda Lent.az-a Lənkəran klubunun direktoru Höccət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, hazırda Almaniyada olan komanda iyunun 25-də oradan birbaşa Moldovanın paytaxtı Kişinyova yollanacaq. “Xəzər Lənkəran” “Olimpiya” ilə matç öncəsi hazırlıqlarını Kişinyovdakı “Zimbru” klubunun bazasında davam etdirəcək. Bu məsələdə komandamıza “Zimbru”nun sahibi Nikolay Çyornıy yardımçı olub: “Çyornıy klubumuzun fəxri prezidenti Mübariz Mənsimovun yaxın dostudur. “Xəzər Lənkəran” 2005-2006-cı ildə Moldovanın “Nistru” komandası ilə UEFA kubokunda keçirdiyi səfər matçına da məhz həmin arenada hazırlaşmışdı. Orada “Zimbru”nun nəhəng bazası var. Elə ilk oyunumuzu da həmin bazadakı eyniadlı stadionda keçirəcəyik”.
“Xəzər Lənkəran”ın hazırda Bakıda olan iki futbolçusu – Emeka Opara ilə yeni transfer Zaur Ramazanov da birbaşa Kişinyova yollanacaqlar. Onlar komandaya məhz Moldova paytaxtında qoşulacaqlar.
“Olimpiya” ilə cavab görüşü iyulun 8-də Lənkəran şəhər mərkəzi stadionunda olacaq. Oyun saat 21:00-da başlanacaq. Höccət Hacıyev həmin qarşılaşmanın Lənkəranda baş tutması üçün heç bir problemin olmadığını bildirib: “Moldovanın “Olimpiya” klubunun rəhbərliyi ilə telefon söhbəti olub. Lənkərana heç bir çətinliklə üzləşmədən gəlib, oyunlarını keçirmələri üçün onlara öz üzərimizə düşən bütün köməkliyin göstəriləcəyi bildirilib. Çalışacağıq ki, “Olimpiya”ya yüksək səviyyədə qonaqpərvərlik göstərək”.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu