Roys ən yaxşı idmançı seçildi

Roys ən yaxşı idmançı seçildi
DÜNYA FUTBOLU 5 Fevral 2019 / 13:11 1434
-  A +

"Borussiya"nın futbolçusu Marko Roys Dortmund şəhərinin 2018-ci il üçün ən yaxşı idmançısı seçilib.

Qol.az-ın məlumatına görə, o, "Ruhr Nachrichten" qəzetinin oxucuları və "Radio 91.2" radiosunun dinləyiciləri arasında keçirilən sorğuda 1-ci olub. Alman yarımmüdafiəçi 11 min 300 nəfərin iştirak etdiyi səsvermədə 51.9 faiz səs toplayıb.

Qeyd edək ki, avarçəkmədə sabiq olimpiya çempionu Rixard Şmidt ikinci (25.1 faiz), yüngül  atlet Mohamed Mohamedi üçüncü (23 faiz) olub.


Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi