"100 yaşlı Tovuz futbolu" kitabının təqdimatı keçirildi

"100 yaşlı Tovuz futbolu" kitabının təqdimatı keçirildi
XƏBƏR 28 Yanvar 2019 / 15:18 1476
-  A +

"100 yaşlı Tovuz futbolu" kitabının təqdimat mərasimi keçirilib.

Qol.az xəbər verir ki, uzun illər "Turan"ın mətbuat xidmətinin rəhbəri çalışmış Rasim Əliyevin müəllifi olduğu kitab Tovuz şəhər stadionunda ictimaiyyətə təqdim edilib.

“Turan Tovuz” klubunun dəstəyi və şəhərin idman fəallarından Fikrət Məmmədovun təşkilatçılığı ilə baş tutan tədbirdə ölkə futbol ictimaiyyətinin nümayəndələri, veteran futbolçular və jurnalistlər iştirak edib.

Mərasim zamanı çıxış edənlər hazırlanan bu kitabın əhəmiyyətindən danışıb, Tovuz futbolunun ənənələrindən, "Turan"ın uğurlarından, rayonda yetişən istedadlı futbolçulardan bəhs ediblər

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner