Xaqani Məmmədov: «2016-cı ildə Azərbaycan hakimi Avropa çempionatının oyunlarını idarə edəcək»

Xaqani Məmmədov: «2016-cı ildə Azərbaycan hakimi Avropa çempionatının oyunlarını idarə edəcək»
ÖLKƏ FUTBOLU 7 İyun 2010 / 12:29 2235
-  A +

«Mən dünya çempionatının açılış matçına təyinat alan Rövşən İrmatovu yaxşı tanıyıram. O, çox güclü və istedadlı bir hakimdir». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov özbəkistanlı Rövşən İrmatovun iyunun 11-də başlayacaq DÇ-2010-nun açılış matçına təyinat almasına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, FİFA hər bir qitənin futbol təşkilatına limit ayırıb, Asiyadan isə bu mötəbər yarışa ən yaxşı hakimlərdən biri kimi Rövşən İrmatov göndərilib: «Rövşən Asiya futbolunda özünü yaxşı tərəfdən göstərib. Xüsusilə klublar arasında dünya çempionatının oyunlarını yüksək səviyyədə idarə etdiyi üçün Rövşənə DÇ-nin açılış oyununu idarə etmək kimi etimad göstərilib».
«Bəs, bizim hakimlər belə mötəbər yarışların final mərhələsində nə vaxt təmsil olunacaq». Bu sualımıza X.Məmmədovun cavabı belə olub: «Hesab edirəm ki, Avropanın hakimləri Asiya hakimlərindən qat-qat üstündür. Konkret sizin suala gəlincə, mən bizim hakimlərimizi Rövşən İmratovdan zəif saymıram. Anar Salmanov, Fariz Yusifov, Vüsal Əliyev, Elçin Məmmədov Rövşən İrmatovdan qətiyyən geri qalmırlar. Bu gün Rövşənin bizim hakimlərdən yeganə üstün tərəfi ingilis dilini mükəmməl bilməsidir. Ümumiyyətlə, dünya və Avropa çempionatlarının oyunlarında hakimlərin ingilis dilini bilməsi önəmli rol oynayır. 2012-ci ilin Avropa, 2014-cü ilin dünya çempionatında olmasa da, mən tam əminəm ki, 2016-cı ilin Avropa çempionatında Azərbaycan da öz hakimi ilə təmsil olunacaq. Mən bu hakimimizi yeni gələn perspektivli gənclərimiz arasında görürəm».

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır