"Mançester Siti"nin futbolçusu Leroy Sane Almaniya millisinin düşərgəsini tərk edib.
Qol.az Almaniya Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki o, komandanın baş məşqçisi Yoahim Lövlə bununla bağlı danışıb və düşərgədən ayrılıb. Bildirilib ki, 22 yaşlı hücumçu şəxsi səbəblərə görə, bu qərarı verib. "Bild" yazıb ki, L.Sanenin yaxın günlərdə qızı dünyaya gələcək.
Beləliklə, Sane Peruya qarşı sentyabrın 9-u keçiriləcək yoxlama görüşündə iştirak etməyəcək.
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu