Xorvatiyanın xanım prezidenti paltardəyişmə otağında – Video
Xorvatiyanın DÇ-2018-in 1/8 finalında Danimarka ilə oyununu ölkə prezidenti Kolinda Qrabar-Kitaroviç də stadiondan izləyib.
Qol.az-ın xəbərinə görə, xanım prezident Xorvatiyanın penaltilər seriyasında qalib gəldiyi oyundan sonra tribunadan paltardəyişmə otağına enib.
O, baş məşqçi Zlatko Daliç və futbolçuları bir-bir qucaqlayaraq təbrik edib.