“Son turda əvəzedici komandanın üzvlərinə, gənc oyunçularımıza şans verəcəyik. Onsuz da itiriləsi heç nəyimiz qalmayıb. Heç olmasa, komandanın gələcəyi olan bu uşaqlar əsas heyətə düşməklə, müəyyən oyun təcrübəsi qazansınlar”. Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov söyləyib.
Unibank Premyer Liqasının 31-ci turunda səfərdə “Qəbələ” ilə qarşılaşan “ağ-qaralar”ın gənc çalışdırıcısı səfərdə qeydə alınan qolsuz heç-heçə nəticəsində avrokuboklara vəsiqə qazanmaq şanslarını itirmələrinə belə münasibət bildirib: “Bizim şanslarımız onsuz da hələ xeyli müddət öncədən çox cüzi idi. Sadəcə, şans qalırdı deyə, sonadək vuruşurduq. Onsuz da taleyimiz öz əlimizdə deyildi. Yəni başqalarının nəticəsi də böyük əhəmiyyət daşıyırdı. İş elə gətirdi ki, son oyunda “Qəbələ” üzərində lazım olan qələbə qazana bilmədik. Hansı ki, bu komandanı cari mövsümdə heç bir oyunda yenə bilməmişdik. Nəticədə avrokuboklara vəsiqə qazanmaq şansımızı itirdik. Artıq bizim üçün hər şey bitib. Yəni son oyun da tamamilə formal bir xarakter daşıyacaq. Qələbə qazansaq belə, bu, heç nəyi dəyişməyəcək. Düzdür, nüfuzumuzu qorumaq üçün çalışacağıq ki, mövsümü qələbəylə başa vuraq. Amma istənilən halda artıq növbəti mövsüm haqda fikirləşməyə başlamışıq”.
Əsədov komandasının avrokuboklara vəsiqə qazana bilməməsinin əsas səbəbi kimi hazırkı heyətdə bir sıra futbolçuların “Neftçi”yə layiq olmamasını və onların indiki rəhbərlik tərəfindən formalaşmamasını göstərir: “Bilirsiz ki, bu komanda hazırkı rəhbərlik tərəfindən formalaşmayıb. Düşərgəmizdə “Neftçi”nin adına layiq olmayan kifayət qədər futbolçu var. Çoxları sual verir ki, onlar sizə layiq deyilsə, niyə komandada saxlayırsız? Birincisi, onların hələ klubla müqavilələri var. Digər tərəfdən, avrokuboklara vəsiqə qazanmaq şansımız qaldığından, kimlərinsə bizə gərək olacağını düşünürdük və buna görə də tələsik addım atmaq istəmirdik. Amma artıq hər şeyə aydınlıq gəlib. Sabah klub rəhbərliyi ilə görüşüb, gələcək planlarımıza böyük ölçüdə aydınlıq gətirəcəyik. Güman ki, komandadan gedəcək futbolçuların da adları məhz sabah dəqiqləşəcək və onlara artıq bizə lazım olmadıqlarını bildirəcəyik ki, gələcək karyeraları haqda indidən düşünsünlər. Həmin oyunçuların adını açıqlamaq istəmirəm. Onsuz da tezliklə bu haqda rəsmi məlumat hamınıza bildiriləcək. Sadəcə, bir məqamı deyim ki, onları hələ əvvəlki turlardan ehtiyatda oturtmağa başlamışdıq, şans vermirdik. Çünki onlarda qələbə psixologiyasının olmadığını görürük, “Neftçi”nin adına layiq futbol sərgiləmirlər. 3 ildi bu komandada top qovan futbolçu özünü sübut edə bilmirsə, daha onu saxlamağın nə mənası var? Gedənlər əsasən legionerlər olacaq. Son oyunda da əsas gücü yerli, gənc futbolçulara verəcəyik. Ardından xeyli dəyişiklik olacaq. Gənc, yerli uşaqlarla yanaşı, komandamızı gücləndirə biləcək legionerlər transfer edəcəyik. Yeni mövsümdən sırf indiki rəhbərliyin formalaşdırdığı tam fərqli bir “Neftçi” görəcəksiz”.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi