Topaz Premyer Liqada 26-cı turun oyunları davam edir.
Qol.az-ın xəbərinə görə, bu gün daha iki görüş keçirilib.
Çempionatın debütantı "Səbail" öz meydanında "Zirə"ni qəbul edib. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Zirə"nin qış fasiləsindən sonra ilk qalibiyyəti olub. Komanda 11 matç idi ki, qalib gələ bilmirdi.
Digər oyunda isə "Keşlə" ikincilik uğrunda yarışan "Qəbələ"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.Beləliklə, xal hesabını 46-ya çatdıran “Qəbələ” Topaz Premyer Liqasının mükafatçıları sırasında yerini, həmçinin ardıcıl 5-ci dəfə UEFA Avropa Liqasına vəsiqəni təmin edib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.
5 may (şənbə)
19:00.“Qəbələ” – “Keşlə” - 1:1
Qollar: Slavik Alxasov, 11 (0:1), Stiven Monroz, 31 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
Qəbələ şəhər stadionu
17:00.“Səbail” – “Zirə” - 0:1
Qol: Müşfiq İlyasov, 16
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov
“Bayıl Arena”
6 may (bazar)
19:00.“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
“Azersun Arena”
4 may (cümə)
"Kəpəz” – “Sumqayıt” - 1:1
Qollar: Dario Federiko, 66-pen (1:0), Amil Yunanov, 86 (1:1)
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 25 | 19 | 5 | 1 | 36-9 | 62 |
| 2 | Qəbələ | 26 | 13 | 7 | 6 | 41-25 | 46 |
| 3 | Sumqayıt | 26 | 11 | 7 | 8 | 33-29 | 40 |
| 4 | "Zirə" | 26 | 10 | 8 | 8 | 32-28 | 38 |
| 5 | "Neftçi" | 25 | 11 | 4 | 10 | 33-26 | 37 |
| 6 | Keşlə | 26 | 6 | 7 | 13 | 25:39 | 25 |
| 7 | Səbail | 26 | 6 | 5 | 15 | 18:35 | 23 |
| 8 | Kəpəz | 26 | 3 | 5 | 18 | 16:43 | 14 |
Bombardirlər:
Baqali Dabo ("Qəbələ) - 12 qol
Amil Yunanov ("Sumqayıt") - 10 qol
Stiven Monroz ("Qəbələ") - 9 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər