“Xəzər Lənkəran”la cavab oyununa yaxşı hazırlaşmışdıq. Çox istəyirdik ki, finala yüksələk. Lakin təəssüf ki, bu istəyimizə nail ola bilmədik”. Bu sözləri Qol.Az-a açıqlamasında “Olimpik-Şüvəlan”ın yarımmüdafiəçisi İlqar Qurbanov deyib.
İlk oyunda olduğu kimi, cavab matçında da rəqibdən qətiyyən zəif təsir bağışlamadıqlarını, əksinə başa-baş mübarizə apardıqlarını vurğulayan İlqar finala layiq olduqlarını düşünür: “Biz heç də pis çıxış etmədik. Düzdür, Lənkəranda oynamaq hər komanda kimi, bizim üçün də çətin oldu. Erkən qol buraxmağımız planlarımıza daxil olmasa da, fasilədən sonra hesabı bərabərləşdirdik. Ondan əvvəl və sonra da kifayət qədər fərqlənmək şanslarımız var idi. Elə mənim də bu dəfəki matçda da qol vurmaq imkanım az olmadı. Təəssüf ki, bunlardan yararlana bilmədik. Bəxtimizin də gətirmədiyini demək olar. Nəticədə buraxdığımız şanssız bir qol növbəti mərhələ arzularımızın üstündən xətt çəkdi. Amma finala çıxsaydıq, gözəl olardı. Axı “Xəzər Lənkəran”dan fərqli olaraq, bu, bizim üçün avrokuboklara qatılmaq yolunda son şansımız idi”.
Qurbanov artıq cari mövsümü komandası üçün bitmiş hesab edir: “Təbii ki, son ümid yerimizdən də belə uğursuzluqla ayrılandan sonra bizim üçün cari mövsümü bitmiş hesab etmək olar. Kubokdakı çıxışımızı yekunlaşdırdıq. Premyer Liqada isə heç nəyi dəyişməyən iki əhəmiyyətsiz oyunumuz qalır. Formal da olsa, həmin matçlara çıxmalıyıq. Amma indidən növbəti mövsüm haqda fikirləşmək olar”.
Bir vaxtlar “Fənərbaxça”dan ölkəmizə qayıdanda hətta futbolçu həmkarlarını da gözəl oyunuyla mat qoyan Qurbanov, deyəsən, zədələrdən sonra özünə gəlməyə başlayıb. Hər halda son matçlarda göstərdiyi oyun və vurduğu qollar ölkəmizin ən istedadlı futbolcularından birinin əvvəlki formasını bərpa etmək üzrə olduğunu deməyə əsas verir. Son oyunlarda bir qayda olaraq qol vuran, baxımlı oyunu ilə diqqət çəkən İlqar yenidən millinin heyətinə cəlb olunmağı arzulayır? “Mən çempionatın ilk 6 turunda yaxşı formada idim, istədiyim oyunu sərgiləyə bilirdim. Lakin sonradan ciddi zədə aldım və uzun müddət yaşıl meydanlardan kənar qalmalı oldum. İndi təzəlikcə yenidən əvvəlki formamı bərpa etməyə başlamışam. Təbii ki, layiq olacağım halda, əsas komandamızın da düşərgəsinə dəvət almaq istəyirəm. Çoxları səhvən Berti Foqtsla aramızda problemlərin olduğunu düşünür. Foqts millimizin baş məşqçisidir və onun istənilən qərarına hörmətlə yanaşmağa borcluyuq. O, dünya futboluna damğasını vurmuş bir isimdir. Foqts futbol tarixinin ən yaxşı müdafiəçilərindən biridir. Məşqçi kimi də təkcə Almaniya millisinə Avropa cempionluğunu qazandırmasını xatırlamaq kifayətdir. Layiq olacağım halda, hamı kimi mənə də millidən dəvət gələcək. Hər halda yığmanın heyətinə qayıtmaq üçün əlimdən gələni edirəm və bundan sonra da edəcəyəm. Çünki futbolda ən böyük arzum ay-ulduzlu formanı geyməkdir. Futbolda bundan şərəfli heç nə yoxdur! İnanıram ki, Foqtsun da diqqətini çəkəcəyəm. Düzdür, “Sivasspor”dan ayrılmağım və zədələr bir ara məni depressiyaya salmışdı və əgər həmin dövrdə kiminsə xətrinə dəyəcək bir addım atmışamsa, hamıdan, o cümlədən Foqtsdan üzr istəməyə hazıram. Sadəcə, həmin vaxt mənə mənəvi dəstək lazım idi. Xüsusən «Sivasspor»dan gedişim gözlənilməz oldu. Klubun daha sonra avrokuboklarda və Türkiyə çempionatındakı çıxışı “Sivasspora” xeyir verəcək gücdə futbolçu olduğumu göstərdi. Amma Allaha şükür k,i indi hər şey geridə qalıb və özümdə yenidən futbolumuza fayda verəcək qədər güc hiss edirəm. Artıq əvvəlki İlqar deyiləm!”.
Dayısı oğlu Vaqif Cavadovun Hollandiya çempionu olmasına münasibət bildirən Qurbanov “Hər kəs gec-tez layiq olduğu səviyyəyə yüksəlir. Vaqif də layiq olduğu yerdədir. Zədə onun üçün ciddi sınaq oldu. Amma Vaqifin “Tvente”ylə müqaviləsi bununla bitmir. İndi onun hamımızın dəstəyinə ehtiyacı var. İnşallah, gələn mövsüm Vaqif kim olduğunu təkcə Hollandiyaya yox, bütün Avropaya göstərəcək! Arzum Vaqiflə bir yerdə milli komandamızla uğurlar qazanmaqdır!”
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər