"Keşlə"nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqanın 24-cü turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Kubok oyunundan sonra komandada bir qədər yorğunluq, arxayınlıq var idi. Buna görə, bəzi futbolçulara istirahət verdim. Meydana çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Buna görə onlara təşəkkür edirəm.
- Bu oyunda əvəzetmələriniz həlledici rol oynadı...
- Son 10 gündə 4 oyun keçirmişik. Çalışırıq, gənc futbolçulara da təcrübəli oyunçularla yanaşı, şans verək.
- Vaqif Cavadovun qolundan sonra üzünüzü Cəmaləddin Əliyevə tutaraq, “gördün?” dediniz...
- Bu, taktika ilə bağlı olan məsələ idi. Vaqifin qol duyumu ona fərqlənmək üçün imkan verdi.
- Komanda avrokuboklara qatılsa, komandada qalacaqsınız?
- Müqavilənin sonuna kimi burdayam. Bundan sonra rəhbərliklə müzakirəmiz olacaq.
- Demək olar ki, komanda çempionatda öz vəzifəsini yerinə yetirib?
- Çempionat oyunlarına da qalib gəlmək üçün çıxırıq. Futbolçuların çoxunun komanda ilə müqaviləsi bitir. Lakin mən onlara deyirəm ki, çıxın, özünüzü göstərin. Yaxşı oyun sərgiləmək yeni klubların diqqətini çəkmək üçün də əsasdır.
- Komandaya “Sumqayıt”la oyuna görə vəd edilmiş mükafat verilib?
- Hələ verilməyib.
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər