Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqanının 24-cü turunun “Sumqayıt” – “Qarabağ” oyunun vaxtı növbəti dəfə dəyişə bilər.
Bu haqda Qol.az-a PFL prezidenti Ramin Musayev məlumat verib.
Dünən PFL “Sumqayıt” klubunun istəyi ilə aprelin 22-dən, bir gün sonraya – aprelin 23-ü, saat 19.00a- keçirib. Bu halda “CBC Sport” telekanalı “Qarabağ”ın qalib gələrsə, çempion olacağı oyunu yayımlaya bilməyəcək. Çünki PFL-in də istəyi ilə əvvəlcədən nəzərdə tutulduğu, həmin vaxtda başlanacaq digər görüş – “Neftçi” – “Qəbələ” oyunu nümayiş etdiriləcək.
Ramin Musayev yaranmış bu problemdən xəbərdar olduqlarını deyib: “CBC Sport” texniki imkanlarına görə bir gün ərzində iki oyun nümayiş etdirə bilər. Əgər “Sumqayıt” və “Qarabağ” öz aralarında razılığa gəlib bizə müraciət edib matçın axşam saat 9-a keçirilməsini istəsə, biz bununla bağlı qərar verəcəyik. Oyunun erkən – saat 17.00-a təyin olunması isə uyğun deyil. Mən keçən dəfə Sumqayıtda olanda gördüm ki, saat 5-də başlanan matçda azarkeşlər və komandalar istidən necə əziyyət çəkirlər”.
"CBC Sport" kanalından isə Qol.az-a bildirilib ki, "Neftçi" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" matçları canlı yayımlanacaq: "Hər iki oyun eyni saatda başlayacağından və hər iki qarşılaşmaya kifayət qədər böyük maraq olduğundan matçlar paralel yayımlanacaq. Tamaşaçılar eyni zamanda hər iki görüşdən görüntüləri izləyə biləcəklər".
Qeyd edək ki, aprelin 22-də saat 17:00-da "Səbail" - "Kəpəz" matçı da canlı yayımlanacaq.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək