“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 23-cü turunda “Zirə” üzərində 3:0 hesablı səfər qələbəsindən sonra mətbuat konfransı keçirib.
Qol.az-ın məlumatına görə, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayan təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu 3 xal bizim üçün çox vacib idi. Bunun üçün meydanda əlimizdən gələni etdik. Futbolçuları təbrik edirəm. Fanatlarımıza bizi dəstəklədiklərinə görə minnətdaram. “Qəbələ” ilə kubok oyunundan sonra bizi çətin matçın gözlədiyini bilirdik. Təbii ot örtüyündən sonra süni örtüyə uyğunlaşmaq çətin idi. Buna görə oyuna uyğunlaşmaq bir qədər çətin oldu.
- “Qəbələ” ilə kuboku cavab oyunu barədə nə düşünürsüz?
- İlk oyundakı qələbəyə baxmayaraq, şansları bərabər qiymətləndirirəm. Kubok oyunları tam fərqlidir.
- “Neftçi” ilk dəfə “Zirə”ni çempionatda məğlub etdi...
- Oyuna belə fikirlə çıxmamışdıq. Biz öz oyunumuzu oynadıq. Futbolçular da bu oyunun məsuliyyətini dərk edirdilər. Buna görə ciddi hazırlaşırdıq. Mən gəldiyim 6-7 aydır. Bu komandaya çempionatda qalib gələ bilməmişdim. Sevinirəm ki, bu gün 3 xal qazandıq.
- Qələbədə rəqibin azlıqda qalması nə dərəcədə rol oynadı?
- Rəqib azlıqda qalmamışdan öncə də hesabda irəlidə idik. Bu oyunda məni sevindirən əsas məqam ilk dəfə penalti vurmağımız oldu.
- Oyun ərzində sanki Qatodan narazı idiniz. Sonra isə onu əvəzlədiniz…
- O, hələ ki, mənim istədiyim futbolu oynamır. Mən komanda oyununa üstünlük verirəm. Fərdi oyun yalnız rəqibin cərimə meydançasında ola bilər. O, komanda yoldaşlarının əziyyətini yerə vurdu. Buna görə onu əvəzləməyə məcbur oldum.
- Bu gün bəzi əsas futbolçularınıza şans verməmişdiniz. Bu, “Qəbələ” ilə cavab oyunu ilə bağlıdır?
- Bəli, süni örtükdən təbii örtüyə keçid çətin olur. Buna görə bəzi oyunçulara bərpa üçün istirahət verdim.
- Ruslan Abuşovun yoxluğunda Rəşad Sadiqova şans verdiniz. Onun oyunundan razı qaldınız?
- Bəli, onun oyunu məni razı saldı. Qış fasiləsində də onu bu mövqedə sınamışdım. Rəşad təcrübəli futbolçudur. O, Petrov və Abuşov mərkəzdə məni tam qane edir. Buna görə, qışda müdafiəçi transfer etmədik. Rəşad Sadiqov bizə hələ uzun müddət lazım olacaq.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı