“Kəpəz”in hücumçusu Şadon Vinçester Topaz Premyer Liqanın 23-cü turunun “Qarabağ”la oyunundan (0:1) sonra Qol.az-a müsahibə verib. Qarşılaşmaya start heyətdə başlayan, ancaq zəif təsir bağışladığı üçün fasilədən sonra əvəzlənən Trinidad və tobaqolu forvard həm komandasının, həm də özünün çıxışından danışıb.
- Əvvəlcə oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycanın ən yaxşı komandasına qarşı oynadıq. Buna baxmayaraq, meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Düşünürəm ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bildik. Bir neçə qol imkanımız oldu. Qələbə də qazana bilərdik. Uduzsaq da, başımızı dik tutmalıyıq. Çünki güclü rəqibə qarşı layiqli mübarizə apardıq. Məşqlərdə daha yaxşı hazırlaşıb, növbəti oyunlarda qələbə qazanmaq haqda düşünməliyik.
- Qış fasiləsində “Kəpəz”ə yeni futbolçular cəlb olunsa da, komanda əvvəlkindən də zəif çıxış edir. Bunun səbəbini nədə görürsünüz?
- Bilmirəm (gülür). Məncə, hər bir futbolçu şəxsi oyun keyfiyyətlərini yaxşılaşdırmaq, məşqdə daha əzmlə çalışmaq haqda fikirləşməlidir. Biz peşəkar oyunçularıq. Futbolu azarkeşlərimiz üçün oynayırıq. Onları sevindirmək lazımdır. Bunun üçün də məşqlərdə daha yaxşı çalışmalıyıq.
- Bəs, öz oyununuz haqda nə deyəbilərsinizi? Niyə qol vura bilmirsiniz?
- Komandaya tam uyğunlaşmamışam. Azərbaycan Premyer Liqası mənim üçün yeni və fərqli çempionatdır. Bura öyrəşməyim üçün zaman lazımdır. Bundan əvvəl oynadığım bütün klublarda sırf hücumçu kimi çıxış etmişəm. Hücumçunun işi nədir? Topla təmin olunsun, rəqibin cərimə meydançasına yaxın oynasın və tez-tez qapıya doğru zərbələr endirsin. “Kəpəz”də bir qədər fərqli mövqedə çıxış edirəm. Hücumçu üçün müdafiəyə çəkilmək, sonra yenidən hücuma qoşulmaq çətindir. Amma düşünürəm ki, zamanla hər şey qaydasına düşəcək.
- “Kəpəz”də maliyyə probleminin olması ilə bağlı xəbərlər dolaşır. Maaşlarınızı vaxtı-vaxtında ala bilirsiniz?
- Bu cür məsələlər haqda danışmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, hər şey normaldır. Mənim işim futbol oynamaq, komandama xeyir verməkdir. Maliyyə ilə bağlı elə də ciddi problem yoxdur.
- Bir müddət öncə komanda daxilində xoşagəlməz hadisə ilə üzləşmişdiniz. Samir Zərgərovla davanızı nəzərdə tuturam. Bu hadisədən sonra sizə qarşı münasibət necədir?
- Bu hadisə artıq keçmişdə qaldı. “Kəpəz” bir ailədir. Ailədə isə bəzən öz qardaşınla da aranda narazılıq ola bilər. Hazırda hər şey əladır. Mənə qarşı münasibət ilk gündəki kimi yaxşıdır.
- “Kəpəz”lə müqaviləniz gələn ilin qışında başa çatacaq. Amma söz-söhbət var ki, mövsümün sonunda komandadan ayrıla bilərssiniz. Həqiqətən belə bir şey var?
- Getmək barədə düşünmürəm. “Kəpəz”də qalmaq istəyirəm. Ümumiyyətlə, mən çətinliyi sevən futbolçuyam. Xoşlayıram ki, xarakter nümayiş etdirim, vəziyyətdən çıxmağa çalışım. Asan işləri xoşlamıram. Hazırda komandamız autsayderdir. Son pillədən çıxmaq üçün mübarizə aparmalıyıq.
- Dediniz ki, “Kəpəz”də qalmaq istəyirsiniz. Maraqlıdır, bəs Yunis Hüseynov sizi yeni mövsümdə də öz komandasında düşünürmü?
- Bilmirəm, bu haqda məlumatım yoxdur. Burada qalmaq istəyim şəxsi qərarımdır. Bununla bağlı heç bir problem görmürəm. Hər şey məni qane edir. Amma qalıb-qalmamağımla bağlı son qərarı baş məşqçi verəcək.
Elnur SALAHOV
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı