“Bizim üçün qələbə qazanmaq vacib idi. Bunu da bacardıq. Gəncədəki oyunlar hər zaman ağır keçir. “Kəpəz” istər iddialı olsun, istərsə də turnir cədvəlində sonuncu pillədə olsun. Bu da gərgin matçlarımızdan biri idi. Yaxşı oyun keçdi. Oyuna, topa nəzarət edirdik, amma rəqibin standart vəziyyətlərində çətinlik yaşayırdıq. Bu qələbə münasibəti ilə həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer liqasının 23-cü turunda səfərdə “Kəpəz”i məğlub etdikləri matçdan(1:0) sonra jurnalistlərə açıqlamasında deyib.
35 yaşlı müdafiəçi çempionluq yarışında sona qədər mübarizə aparmalı olduqlarını söyləyib: “Qəbələ”dən öndə olsaq da, sona qədər mübarizə aparmalıyıq. Arxayınlaşmaq olmaz. Çünki sonra nəyisə toparlamaq çətin olur. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun”.
O, “Kəpəz”in standart vəziyyətlərdə üstün olduğunu bildirib: “İlk qoldan sonra bir balaca oyunumuzu itirdik. Ancaq ikinci hissədə yenidən oyuna nəzarət etdik. Standart vəziyyətlər “Kəpəz”in ən üstün cəhətlərindən biri olub. Heyətlərində başla yaxşı oynayan futbolçular var. Bu da bizim zəif cəhətlərimizdən biridir”.
R. Sadıqov sonda komandanın qələbə, özünün isə “Qarabağ”da ilk qolunu vuran Ramil Şeydayev haqda da danışıb: “Ramilin qol vurması bizim üçün sevindirici haldır. Ötən tur da yaxşı oynamışdı. Sevindirici hal budur ki, düşdüyü vəziyyətdən məyus olmur, sona qədər mübarizə aparır. Artıq yaxşı praktikası var. İstər U-21-də, istərsə əvəzedicilərdə olsun. Artıq əsas heyətdə hər həftə oynayır. Tənbəllik etmir. Lazım olsa, əvəzedicilərdə də oynayır. Sonda da bu gün bəhrəsin gördü”.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı