“Keşlə”nin hücumçusu Vaqif Cavadov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri ilk görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o,əvvəlcə qələbəni şərh edib.
- Bu gün hər iki komanda sona kimi oynadı. Amma biz daha yaxşı mübarizə apardıq. Komandanı təbrik edirəm. Hamı oyuna 100 faiz hazırlaşmışdı. Bilirsiniz ki, çempionatda iddiamız yoxdur. Ümidimiz kubokadır. 90 dəqiqə də bunu sübut etdi. Qarşıda daha bir oyun var. İstənilən şey ola bilər, futboldur. Çempionlar Liqasının son matçlarında da bunun şahidi olduq. İkinci görüşə də ciddi hazırlaşmalıyıq. Bu gün udmağımız yaxşıdır. Amma o qədər də sevinmirik. Cavab matçı çox vacibdir. İnanıram ki, həmin oyundan sonra sevinəcəyik.
- Qola kimi sanki 0:0 hesablı nəticəyə də razı idiniz...
- Meydana qələbə üçün çıxmışdıq. Amma 0:0 hesabı də pis nəticə deyil. Çünki səfərdə vuracağımız qol 2-yə bərabər olacaq. Hər iki görüşə ciddi yanaşmalıyıq. Səfərə də qələbə dalınca gedəcəyik.
- “Keşlə” finala daha yaxındır. Həlledici oyunda hansı komandanı rəqib olaraq görmək istərdiniz: “Neftçi”, yoxsa “Qəbələ”?
- Finaldakı rəqibin fərqi yoxdur. Hər ikisi güclü komandadır. Hazırda bu haqda düşünmürük.Çünki hələ finala çıxmamışıq. Qarşıda daha bir oyunumuz var.
- Ebrima Sohnanın çıxışı qənaətbəxş deyil. O, meydanda olanda hamı düşünür ki, “Keşlə” 10 nəfərlə oynayır...
- Yox, mən elə düşünmürəm. Sohna öz oyunu ilə sübut edir ki, əsas heyətdə meydana çıxmağa layiqdir. Meydanın mərkəzində rəqibi saxlayan odur.
- Topaz Premyer Liqanın 23-cü turunda da “Sumqayıt”la qarşılaşacaqsınız. Baş məşqçi hansısa dəyişikliklər edəcəkmi?
- Bunu bilmirəm. İndi nəsə desəm, yalan olar. Turnir cədvəlində də yuxarılara qalxmaq istəyirik. Amma əsas kubokdur.
- Bu hesab finala çıxmaq üçün kifayət edəcəkmi?
- Əlbəttə ki, yox. Qarşıda daha bir 90 dəqiqə var. Rahatlaşmaq olmaz. Biz də bunu dərk edirik. İnanıram ki, ikinci oyuna da ciddi hazırlaşıb, qələbə qazanacağıq.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı